Türkiyənin yeni baş nazirinin adı açıqlandı
Tükiyənin iqtidar partiyası Ədalət və İnkişaf Partiyasının yeni liderinin və ölkənin baş nazirinin adı açıqlandı.
Oxu.Az “Hürriyet”ə istinadən xəbər verir ki, bu gün Ədalət və İnkişaf Partiyasının (AKP) Mərkəzi İdarə Heyətinin iclası keçirilib.
İclas zamanı partiya lideri postuna nazmizədlər müzakirə edilib. 45 dəqiqəlik iclasın gedişatında iclas iştirakçılarının əksəriyyəti Türkiyənin nəqliyyat, rabitə və dənizçilik naziri Binali Yıldırımın namizədliyinə üstünlük verib.
Mayın 22-də partiyanın növbədənkənar qurultayında o, AKP-nin sədri və Türkiyənin baş naziri seçiləcək.
Mənbə:> Oxu.Az