Türkiyə gündəmi partladı: Ərdoğan baş naziri istefaya göndərir? » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Türkiyə gündəmi partladı: Ərdoğan baş naziri istefaya göndərir?

Türkiyə gündəmi partladı: Ərdoğan baş naziri istefaya göndərir?


Türkiyənin baş naziri Əhməd Davudoğlunun istefa verəcəyi ilə bağlı xəbərlər bir neçə gün əvvəl mətbuatda yayıldı. Lakin bununla bağlı heç bir rəsmi açıqlama verilməyib.

ANS PRESS-in məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 4-də axşam saatlarında Davudoğlu ilə görüşməsi və görüşün 1 saat 40 dəqiqə çəkməsi baş nazirin istefa verəcəyi ilə bağlı kulislərdə danışılanların həqiqətə yaxın olduğu barədə xəbər verir.
Son məlumatlara görə, bu ay Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının növbədənkənar qurultayı keçiriləcək. Ərdoğanla görüş başa çatandan sonra məlumat verilib ki, sabah Bakı vaxtı ilə saat 12:00- da Davudoğlu qurultay barədə açıqlama verəcək.

Lakin bəzi məlumatlara görə, partiya may ayında qurultaya gedəcək. Kulislərdə baş nazir Əhməd Davudoğlunun namizəd olmayacağı deyilir.

Öz növbəsində, prezident administrasiyasındakı mənbələr görüşün adi olduğunu və bu barədə şərh verilməyəcəyini bildiriblər. “Açıqlama olmayacaq, adi, prosedur qəbul idi , yekunlaşdı”, - Prezident Adminstrasiyasından bildirilib.

NTV telekanalının məlumatına görə, qurultayın keçirilməsinin dəqiq vaxtı sabah bəlli olacaq. Baş nazir Əhməd Davudoğlunun partiya sədrliyinə namizədliyini verməyəcəyi bildirilir.

Türkiyə KİV-I yazır ki, Ankara kuluarlarında yeni baş nazirin 4 tanınmış siyasətçidən birinin ola biləcıyi barədə məlumatlar gəzir.

Davudoğlunun yerinə gətiriləcək şəxslər arasında prezident Ərdoğanın kürəkəni, enerji və təbii sərvətlər naziri Berat Albayrak, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım, ədliyyə naziri Bəkir Bozdağ və hökumətin sözçüsü Numan Kurtulmuşun adı hallanır.

Hər halda sabah bütün bu gəzən məlumatlara son qoyulacaq.

Əhməd Davudoğlu 2009 - 2014-cü illərdə Türkiyənin xarici işlər naziri vəzifəsində çalışıb. Ərdoğan Türkiyə prezidenti seçiləndən sonra 2014-cü ildə Davuoğlunu baş nazir vəzifəsinə təyin edib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *