Sarkisyanın mətbuat xidməti Bakı və Yerevanın razılaşmalarından danışdı » AzNews.info -Xəbər portalı

Sarkisyanın mətbuat xidməti Bakı və Yerevanın razılaşmalarından danışdı

Sarkisyanın mətbuat xidməti Bakı və Yerevanın razılaşmalarından danışdı


Qarabağ münaqişəsi ərazisində atəşkəs rejiminin möhkəmləndirilməsinə dair sazişlər ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin (ABŞ, Rusiya, Fransa) XİN rəhbərlərinin iştirakı ilə keçirilən Ermənistan və Azərbaycan prezidentlərinin Vyana görüşünün yekunlarına görə əldə edilib.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Dağlıq Qarabağ münaqişəsi ərazisində yaranmış gərgin vəziyyətdən çıxış yolları müzakirə edilib.

“ATƏT-in MQ həmsədr ölkələrinin nümayəndələri 1994-cü və 1995-ci ildə əldə edilmiş atəşkəs rejiminə dair razılığa riayətin mütləq olduğunu təsdiq ediblər”, - məlumatda deyilir.

“Tərəflər təmas xəttində gərginliyi azaltmaq üçün qısa müddət ərzində ATƏT-in araşdırıcı mexanizmləri üzərində işi başa çatdırmaq barədə, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud İdarəsinin səlahiyyətlərinin genişləndirməsi barədə razılığa gəliblər”, - mətbuat xidmətinin məlumatında deyilir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *