Ərdoğanın Baş müşavirindən İslam dünyasına Qarabağ çağırışı » AzNews.info -Xəbər portalı

Ərdoğanın Baş müşavirindən İslam dünyasına Qarabağ çağırışı

Ərdoğanın Baş müşavirindən İslam dünyasına Qarabağ çağırışı


sadəcə Azərbaycanın deyil, bütün Türk və İslam dünyasının problemidir. ANS PRESS-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Baş müşaviri Yalçın Topçu deyib.
Azərbaycana səfər edən Yalçın Topçu cəbhə xəttinə baş çəkib, burada sakinlərlə görüşüb. Ağcabədidə sakinlərlə görüşü zamanı Baş müşavir Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu deyib: "Qarabağ məsələsində sonuna qədər dəstək verəcəyik."

Daha sonra jurnalistlərə açıqlama verən Topçu bildirib ki, Ermənistan beynəlxalq hüququ heçə sayaraq işğalı davam etdirir, dünyanın etdiyi çağırışlara məhəl qoymur.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) daimi üzvlərinin bu işğala göz yumduğunu deyən Ərdoğanın Baş müşaviri BMT və ATƏT-in Ermənistanın işğalına son qoymaq üçün tədbirlər görəcəklərinə ümid etdiyini bildirib: "Ermənistan işğal ediyi Azərbaycan topaqlarından qeyd-şərtsiz dərhal çəkilməlidir."
Y.Topçu Qarabağla bağlı Türk və İslam dünyasına çağırış edib.

"Qarabağ məsələsi sadəcə Bakının deyil, eyni zamanda Ankaranın, Qahirənin, Məkkənin, Bağdadın, Aşqabadın, Türk və İslam dünyasının məsələsidir. Ermənilərin atdığı bombalarla mülki şəxslər öldürülür. BMT TŞ-nın üzərinə çox iş düşür. BMT dünyadakı təcavüzlərin, işğalların, soyqırımların qarşısını ala bilmir. İnşallah bu məsum dinc sakinləri qanları BMT və ATƏT-ə vəzifələrini xarıladar.", - Topçu bildirib.

Ermənistan silahlı qüvvələri cəbhə xəttində aprelin 2-nə gecədən təxribatlar törədir. Həmin gecə erməni silahlı bölmələri bütün cəbhə boyu hücuma keçsə də Azərbaycan Silahlı Qüvvələri əks həmlə edərək qarşı tərəfin ön müdafiə xəttini yararaq bir sıra strateji yüksəklikləri işğaldan azad edib.

Lakin ermənilər bununla kifayətlənməyərək aprelin 25--də gecədən yenidən təxribatlara əl atıb. Qarşı tərəf bu dəfə Ağdam və Tərtərdə mülki şəxsləri hədəfə alıb, yaşayış məntəqələrinə artilleriya zərbələri endirib. Azərbaycan Ordusu cavab tədbiri olaraq erməni silahlı bölmələrinin atəş nöqtələrinə atəş açıb.

Cəbhə xəttində vəziyyət gərginləşdiyi andan Türkiyə prezidenti daim Azərbaycanın yanaında olacağını bəyan edib. Hətta Türkiyənin Baş naziri Əhməd Davudoğlu Azərbaycan Prezidentinə zəng vuraraq dəstək nümayiş etdirmişdi.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *