Cəbhədə Vəziyyət Yenidən Gərgindir » AzNews.info -Xəbər portalı

Bölmə: Qarabağ, Hərbi

Cəbhədə Vəziyyət Yenidən Gərgindir – VİDEO

Cəbhədə Vəziyyət Yenidən Gərgindir


Qapanlı, Qaradağlı, Təzəkənd Qəsəbəsinin sakinləri evlərini tərk etməyiblər və əvvəlcədən hazırlanmış yeraltı bunkerlərdə Erməni artilleriyasından qorunublar.



5:57 / Erməni ordusunun mərmiləri əsasən əkin sahələrinə düşüb

ANS-in Qarabağ bürosundan indicə aldığımız xəbərə görə, Ermənistan
Silahlı Qüvvələrinin artilleriya hücumu nəticəsində Tərtər rayonunun
ətraf kəndlərində dağıntı var. Ən çox ziyan Ağdama yaxın olan Köçərli
kəndi ərazisindəki əkin sahələrinə dəyib. İnsan tələfatı barədə
hələlik məlumat yoxdur.

ANS TV Qarabağ Bürosunun müxbirləri hal hazırda 3 qrupa bölünərək cəbhə boyu 3 əsas istiqamətdə fəaliyyət göstərir və bu dəqiqələrdə Qapanlı, Yuxarı Qaradağlı və Şıxarx qəsəbəsindəndə gələn məlumata görə, oralarda da erməni silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində iri çaplı mərmilər əsasən ətraf ərazi və əkin sahələri ilə yanaşı bir neçə tikiliyə də ziyan vurub.


Cəbbə xəttindən ANS TV-nin Qarabağ bürosu dərhal məlumatlar verməkdədi və Tərtər istiqamətindən gələn son məlumata görə Azərbaycan Ordusunun cavab atəşindən sonra saat 04:50-dən 06:15-dək erməni tərəfinin zərbələri səngiyib. Ara-sıra iriçaplı pulemyotlardan atəş səsləri eşidilməkdə olsa da, ağır artilleriya hücumları müşahidə olunmur.

5:21 / Cəbhədə Vəziyyət Yenidən Gərgindir

Bu gecə saat 01:30 radələrindən etibarən Ermənistan silahlı qüvvələri cəbhənin Tərtər istiqamətində şiddətli artilleriya hücumu ile atəşkəsi pozub. Hərbi vəziyyət eyniliklə 02 Aprel 2016-ci il tarixdəkinə bənzəyir. Beləki Tərtər istiqamətində yerləşən yaşayış məntəqələri və Azərbaycan ordusunun mövqeləri bu dəqiqələrdə Ermənistan ordusu tərəfindən ağır artilleriya atəşinə tutulur. Atəş səsləri hətta Bərdə rayonunda eşidilir.

ANS TV-nin Qarabağ bürosunun cəbhə xəttindən verdiyi son məlumata görə artilleriya mərmiləri əsasən Tərtər rayonunun Qapanlı, Yuxarı Qaradağlı, Şıxarx qəsəbəsi ərazilərinə düşüb. Dağıntılar var.

Bu dəqiqələrə qədər dinc sakinlər arasında ölən və yaralanan haqqında məlumat yoxdur. Azərbaycan ordusu təcili surətdə bu gözlənilməz artilleriya hücumuna qarşı tədbirlər görərək Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinə artilleriya zərbələri endirir.

Bunun nəticəsi olaraq bir müddətlik qarşı tərəfin açdığı atəşin dayanması ondan xəbər verir ki, Ermənistan ordusunun bir sıra atəş nöqtələri mehv edilib. Lakin yeni istiqamətlərdən atəş bərpa olunur və onlara qarşı da əks hücumlar həyata keçirilir. Vəziyyət ağır olaraq qalmaqdadır.

Nəzərə çatdırmaq istəyirik ki, bu il aprelin 5-də Moskvada Azərbaycan və Ermənistan qərargah rəhbərləri arasındq əldə olunan atəşkəs razılaşmasının kobud surətdə pozulması məhz Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalararası Beynəlxalq Formuna təsdadüf edir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *