Cəbhədən son xəbər: Artilleriya döyüşləri gedir » AzNews.info -Xəbər portalı

Cəbhədən son xəbər: Artilleriya döyüşləri gedir – YENİLƏNİB

Cəbhədən son xəbər: Artilleriya döyüşləri gedir


Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatlar davam edir. Musavat.com-un cəbhə bölgəsindəki mənbələri xəbər verir ki, Tərtər-Ağdam cəbhəsində bir qədər əvvəl artilleriya döyüşləri yenidən başlayıb.

Ermənistan hərbi birləşmələri hava qaralandan dərhal sonra Azərbaycan ordusunun nəzarətində olan əraziləri artilleriya atəşinə məruz qoyublar. Azərbaycan Silahlı Qüvvələri düşmənə cavab verir.

Sosial şəbəkə istifadəçiləri də atışmanın başladığı barədə məlumatlar verir. Onların yazdığına görə, cəbhə bölgəsinə yaxın rayonlarda güclü atışma səsləri eşidilir.

***

Əməkdaşlarımız bu dəqiqələrdə cəbhə xətti ilə yenidən əlaqə saxlayıblar. Son məlumata görə, artilleriya döyüşləri davam edir.

Əlavə məlumat veriləcək.

Mənbə: Musavat.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *