Lukaşenko: Biz Rusiyanın “buyruq qulu” olmayacağıq – VİDEO
Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya hökumətini respublikanın müstəqilliyini və suverenliyini nəzərə almağa çağırıb.
Oxu.Az İnterfaksa istinadən xəbər verir ki, o, bu barədə Milli Məclisə və belarus xalqına illik müraciəti zamanı deyib.
“Mən istəyirəm ki, rusiyalılar, xüsusilə də Rusiya rəhbərliyi anlasınlar ki, biz “buyruq qulu” olmayacağıq. Biz müstəqil, suveren dövlətik, sizinlə bir evdə yaşayırıq, amma öz mənzilimiz var. kiçik də olsa, öz mənzilimizdə yaşayırıq”, - Lukaşenko bəyan edib.
Bununla yanaşı o, Kremlin bərabər dövlətlərarası münasibətlərin qurulmağa hazırlığına şübhə ilə yanaşıb.
“Bunu sona çatdırmaq lazımdır, bunun axırı yaxşı olmayacaq”, - Lukaşenko vurğulayıb.
Mənbə:> Oxu.Az