Moskvanın Qarabağ qarşılığanda Bakıdan nə istədiyi bəlli oldu » AzNews.info -Xəbər portalı

Moskvanın Qarabağ qarşılığanda Bakıdan nə istədiyi bəlli oldu

Moskvanın Qarabağ qarşılığanda Bakıdan nə istədiyi bəlli oldu


"Rusiya münaqişənin həllinə yardım edəcəyi təqdirdə Bakı qarşısında bir sıra tələbləri də var. Bunlardan biri də Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşulmasıdır"
Cənubi Qafqazda gərginliyin mövcudluğu Rusiyanın marağındadır və o bu bölgədəki problemlərdən öz strateji maraqlarının təmin olunması üçün istifadə edir.

Belə bir fikir Beynəlxlaq Böhran Qrupunun Avropa və Mərkəzi Asiya proqramının direktoru Maqdelina Qrononun hazırladığı hesabat məqaləsində qeyd edilir.

Hesabatda qeyd edilir ki, son hərbi əməliyyatlar nəticəsində Azərbaycan işğal olumnmuş ərazilərdə müəyyən uğurlar əldə edərək bir sıra strateji yüksəkliklərə nəzarəti ələ keçirib. Apreilin 2-dən 4-dək davam edən hərbi əməliyyatlar 1994-cü ildə əldə edilən atəşkəsdən sonra Azərbaycanla Ermənistanla arasında ən ciddi hərbi eskalasiyadı. Bu eskalasiya bir daha sübut etdi ki, atəşkəs rejimi haqqında əldə edilən müqavilələr kövrəkdir və simvolik xarakter daşıdığından hər an pozula bilər. Ancaq münaqişənin həllinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupu fəaliyyətində bunu nəzərə almadı. Atəşkəs dövründə münaqişə tərəfləri olan Azərbaycan və Ermənistan öz hərbi güclərini artırmaq və silah-sursat əldə edilməsi istiqamətində yarışa girdilər. Enerji ölkəsi olan Azərbaycan bu illər ərzində öz ordusunu qüvvətləndirmək istiqamətində işlər gördü. Vəziyyət o həddə çatdı ki, Azərbaycanın təkcə hərbi sahəyə ayırdığı büdcə bütövlükdə Ermənistanın dövlət büdcəsindən çox oldu. Hər iki ölkənin silah idxalatçısı Rusiya oldu. Rusiya Azərbaycanla yanaşı Ermənistanı da silahla təmin etdi ki, balans bir ölkənin xeyrinə dəyişməsin. Rusiya mütəmadi olaraq Ermənistanı da silahla təmin etdi. Bununla yanaşı Rusiya Ermənistana hərbi yardım etməklə yanaşı, iqtisadi və digər sahələrdə də öz dəstəyini əsirgəmədi. Baxmayaraq Azərbaycanla Türkiyə Ermənistanı iqtisadi blokadaya salması nəticəsində bu ölkə ciddi sosial-iqtisadi sıxıntılar içində yaşamaqdadır. Məhz Rusiyanın Ermənistana olan dəstəyi əsasında ermənilər Azərbaycanın işğal etdyi ərazilərdə nəzarəti qoruyub saxlayırlar. Ancaq son hərbi əməliyyatlar nəticəsində Azərbaycan ermənilərin əlində olan bir sıra strateji yüksəklikləri ələ keçirdi. Bu isə döyüş bölgəsindəki balansı dəyişməyə imkan yaradır.

Hesabatda həmçinin Rusiyanın Ermənistana olan dəstəyi xüsusi qeyd edilir. Belə ki, Rusiya Ermənistanı özünə müttəfiq hesab etdiyindən onun silahlandırmaqla yanaşı ölkənin təhlükəsizliyinin təmini istiqamətində də bir sıra addımar atıb. Ermənistan Moskvanın liderlik etdiyi Avrasiya İqtisadi İttifaqının, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Ermənistanın Gümrü şəhərində Rusiyaya məxsus 102-ci hərbi baza yerləşir. Bundan əlavə olaraq Rusiya Ermənsitanın hava hücumundan müdafiə sistemini qurub və hava məkanını qoruyur. Ona görə də Qərb bu vəziyyəti dərindən öyrənməlidir. Çünki buradakı münaqişə ocağı Avropa İtifaqının Cənub-Şərq sərhəddinə yaxın bir ərazidə baş verir.
Azərbaycan hər vəchlə işğal olunmuş ərazilərində nəzarəti həyata keçrimək istəyir və fəaliyyətini də bu istiqamətdə qurub. Azərbaycan ilk mərhələdə ən azından Dağlıq Qarabağ ətrafında işğal olunmuş yeddi rayonu özünə qaytarmağa çalışır. Son hadisələr bunu bir daha sübut etdi. Çünki Azərbaycan artıq münaqişənin həlli ilə məşğul olan ATƏT MQ həmsədrlərinin fəaliyyətinə elə də bel bağlamır. Rəsmi Bakının bu quruma olan inamı itib. Azərbaycandan fərqli olaraq Ermənistan mövcud status-kvonun qorunub saxlanmasına çalışır.

Məqalədə qeyd olunur ki, son olaylar ATƏT MQ-ni fəaliyyətini aktivləşdirməyə sövq edəcək və münaqişənin həlli variantları üzərində daha sıx iş gedəcək.

Məqalə müəllifi yazır ki, Avropadan fərqli olaraq münaqişənin həllində yeganə Rusiyadır ki, tərəflərə təsir etmə mexanizminə malikdir və ona görə də oyunda diqtə edən tərəf olmağa çalışır. Buna görə də münaqişənin tənzimlənməsi zamanı bölgəyə yerləşdiriləcək sülhməramlılar içərisində daha çox Rusiyanın sülhməramlılarının olmasını istəyir. Bundan əlavə Rusiya münaqişənin həllinə yardım edəcəyi təqdirdə Bakı qarşısında bir sıra tələbləri də var. Bunlardan biri də Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşulmasıdır. Odur ki, münaqişə edən tərəflərə təsir mexanizminə malik olan Rusiya bu problemdən öz strateji maraqları üçün maksimum yaralanmağa çalışır. Amma bununla belə Rusiya ATƏT MQ ilə birgə atəşkəs rejiminə ciddi əməl olunmasına nail olacaq.

Amma ATƏT MQ gələcəkdə növbəti eskalasiyanın baş verməməsi üçün münaqişənin həlli istiqamətində daha effektli mexanizmlər aramalı və onun həllinə nail olmalıdır. Əks təqdirdə nə qədər münaqişə həllini tapmayıb, aprel hadisələrinin təkrarlanma riski qalmaqda davam edəcək.

Mənbə: Brifinq.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *