Prezident: Biz bir çox məsələlərlə bağlı dünyaya yol göstəririk
“Əminəm ki, 2016-cı ili də uğurla başa vuracağıq”.
Bu il multikulturalizm ili elan edilib. Azərbaycan bu sahədə də nümunə göstərib.
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Bakıda keçirilən ümumxalq şənliyində çıxışı zamanı deyib. O bildirib ki, bizim gücümüz birliyimizdədir:
“Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bu, bizim sərvətimizdir, biz bunu qorumalıyıq, qoruyacağıq. Bir daha demək istəyirəm ki, biz bir çox məsələlərlə bağlı dünyaya yol göstəririk. İnkişaf, müstəqillik, ləyaqət, prinspial siyasət, xalqlararası münasibətlər, din-dövlət münasibətləri, energetika, nəqliyyat siyasəti - bugünkü Azərbaycanın reallıqları budur. Əminəm ki, 2016-cı ili də uğurla başa vuracağıq. Azərbaycanın uğurlu inkişafı təmin ediləcək”.
Mənbə:> APA