“Liviyanı bombalmasaydıq, Suriyaya çevrilərdi” » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Dünya

“Liviyanı bombalmasaydıq, Suriyaya çevrilərdi”

“Liviyanı bombalmasaydıq, Suriyaya çevrilərdi”


ABŞ və NATO-nun müdaxiləsi sayəsində hazırda Liviyada vəziyyət Suriyadan daha yaxşıdır.

Axar.az xəbər verir ki, bunu CBS telekanalına müsahibəsində Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd olan Hilari Klinton söyləyib. Onun sözlərinə görə, ABŞ olmasaydı, Liviya çoxdan Suriyaya çevrilərdi:

“Müqayisə edin. Liviyada cəmi 1500, Suriyada isə 150 min insan həlak olub. Bu qərarı prezident qəbul edib. Biz həmin dövrdə Müəmmər Qəzzafidən gələn təhlükəni nəzərə almalıydıq”.

Qeyd edək ki, 2011-ci ildə Qərbin böyük dəstəyi ilə Liviyada vətəndaş müharibəsi başladıldı. Bunun ardınca Liviya lideri Müəmmər Qəzzafi devrilərək, qətlə yetirildi. Liderin qətlindən sonra indiyə qədər Liviyada sabitliyi bərpa etmək mümkün olmur.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *