Məmmədyarov və Canelidze Tbilisidə görüşdülər
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın XİN başçısı Mixail Canelidze ilə görüş keçirib.
Oxu.Az-ın xəbərinə görə, görüş bu gün Tbilisidə keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü çərçivəsində baş tutub.
Görüşdə tərəflər iqtisadiyyat və nəqliyyat sahəsi də olmaqla ikitərəfli əməkdaşlıq məsələlərini və regiondakı vəziyyəti müzakirə ediblər.
Mənbə:> Oxu.Az