Prezidentə Quran hədiyyə etdilər » AzNews.info -Xəbər portalı

Prezidentə Quran hədiyyə etdilər – VİDEO

Prezidentə Quran hədiyyə etdilər


Prezident İlham Əliyev bu gün Gəncədə “İmamzadə” dini kompleksində aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

“Qafqazinfo” xəbər verir ki, İlham Əliyev əvvəlcə respublika ictimaiyyətinin nümayəndələri və din xadimləri ilə görüşüb. Mərasim müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.

Dövlət başçısı mərasimdə nitq söyləyib.

Sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə çıxış edib.

Allahşükür Paşazadə dövlət başçısına “Qurani-Kərim” hədiyyə edib.

Daha sonra Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Katolik Kilsəsinin rəhbəri Vladimir Fekete və Gəncə Dövlət Universitetinin dekanı Mübariz Yusifov çıxış ediblər.

Mərasimdən sonra dövlət başçısı “İmamzadə” kompleksində yaradılan şəraitlə tanış olub.

Sonda “İmamzadə” dini kompleksində ehsan verilib.


Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *