Merkel Rusiyanı ittiham etdi
Almaniya kansleri Angela Merkel minlərlə insanın Rusiyanı vasitəçi olduğu Suriya hökumətinin həyata keçirdiyi atışma və bombardmanları nəticəsində əzab çəkdiyini söyləyib.
Bu barədə Oxu.Az Reuters-ə istinadən xəbər verir.
“Biz son günlərdə Rusiya tərəfi də daxil olmaqla həyata keçirilən bombardmanlar nəticəsində on minlərlə insanın əzabına yalnız mat qalmamışıq, biz şok olmuşuq”, - Merkel bəyan edib.
Rusiya dəfələrlə Suriyada dinc əhalinin olmadığı obyektləri bombardman etdiyini bildirib.
Daha öncə Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan Vladimir Putini Suriyada “işğalçı” adlandırıb.
Mənbə:> Oxu.Az