ATƏT PA sədri Azərbaycana gəlir
ATƏT PA sədri İlkka Kanerva yanvarın 24-25-də Azərbaycanda səfərdə olacaq.
AzNews.info-nun APA-ya istinadən verdiyi məlumatına görə, bu barədə Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib.
Səfər çərçivəsində Milli Məclisdə və digər rəsmi şəxslərlə görüşlər nəzərdə tutulur.
Görüşlərdə ATƏT PA ilə münasibətlər, ATƏT-in Dağlıq Qarabağmünaqişəsinin nizamlanmasında rolu və digər məsələlər müzakirə olunacaq.
Mənbə:> APA