Prezident: Ermənistan sülh istəmir » AzNews.info -Xəbər portalı

Prezident: Ermənistan sülh istəmir

Prezident: Ermənistan sülh istəmir


2015-ci ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı heç bir irəliləyiş olmayıb, prezidentlərin son görüşü də formal xarakter daşıyıb.

AzNews.info-nun APA-ya istinadən məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısının sözlərinə görə, bunun səbəbi odur ki, Ermənistan sülh istəmir, status-kvonu mümkün olduğu qədər çox saxlamağa çalışır, işğal olunmuş torpaqlardan çəkilmək niyyətində deyil:

“Ermənistan danışıqları, sadəcə, bir proses kimi qəbul edir, vaxt uzatmaqla məşğuldur və danışıqları sonsuz bir proses kimi gələcəkdə də görmək istəyir. Bizim isə mövqeyimiz tam fərqlidir, biz münaqişənin həllini istəyirik. ATƏT-in Minsk Qrupunun həmsədrləri də dəfələrlə bildiriblər ki, onlar da münaqişənin həllini istəyirlər. Təbii ki, vasitəçilərin vəzifəsi bundan ibarətdir. Əfsuslar olsun ki, bu istiqamətdə işğalçıya heç bir ciddi təzyiq göstərilmir”.

Prezident İlham Əilyev deyib ki, münaqişənin həllində Azərbaycanın mövqeyi beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır:

“2015-ci ildə Azərbaycan təmas xəttində üstünlüyə yiyələnib, öz iradəsini diqtə edib. Azərbaycan bundan sonra da döyüş potensialını gücləndirəcək”.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *