2016 üçün 5 ən pis proqnoz » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Dünya

2016 üçün 5 ən pis proqnoz

2016 üçün 5 ən pis proqnoz


Avrasiya Qrupu təşkilatı dünyada stabilliyi poza biləcək tendensiyaların siyahısını hazırlayıb.

Axar.az xəbər verir ki, təşkilat NATO-nun çökə biləcəyi ehtimalının dünya üçün əsas risk olduğunu müəyyən edib. Təşkilatın hazırladığı siyahını təqdim edirik:

1. Alyansın çökməsi

Transatlantik əməkdaşlığı 70 il ərzində dünya üçün ən vacib ittifaqlardan biri olub, lakin indi o zəifləyir və öz aktuallığını itirir. Alyans artıq Avropanın problemlərinin həllində böyük rol oynamır. Rusiyanın Ukraynaya qarşı aqressiyası və Suriya konflikti ABŞ-la Avropa arasındakı fikir ayrılığını nümayiş etdirir. Amerika və Avropanın yolları ayrılanda artıq beynəlxalq xilasedicilər olmayacaq. Konfliktlər, xüsusilə, Yaxın Şərqdə qaynamağa davam edəcək.

2. Qapalı Avropa

2016-cı ildə açıq və qapalı Avropa arasında konflikt başlayanda Avropanın parçalanması kritik nöqtəyə çatacaq. Bərabərsizlik kombinasiyası, qaçqınlar, terrorizm və geniş ictimaiyyətə təzyiqlər yeni Avropanın əsasını qoyan prinsiplər üçün misli görünməmiş çağırış olacaq. 2016-cı ildə Avropa iqtisadiyyatı yerində qalacaq, amma onun sosial strukturu dağılacaq.

3. Çinin təsiri

Heç bir ölkə Çin kimi bu cür böyük qlobal təsir həyata keçirməyib. 2016-cı ildə Çinin eyni anda ən vacib və ən qeyri-müəyyən hərəkət edən güc olması Çin prioritetləri ilə razılaşmayan və bu inkişafa necə reaksiya verəcəyini bilməyən digər beynəlxalq oyunçuları narahat edəcək.

4. İŞİD və “dostları”

İŞİD öz sıralarına Nigeriyadan Fillippinə qədər, hər yerdən tərəfdar cəlb etməyi bacaran dünyanın ən güclü terror qruplaşmasıdır. Onun yüksəlişinə qarşı beynəlxalq reaksiya kifayət qədər deyil. 2016-cı ildə bəlli olacaq ki, bu problemi həll etmək lazım deyil. İŞİD bundan istifadə edəcək. İŞİD hücumlarına qarşı ən həssas dövlətlər Fransa, Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, ABŞ, İraq, Livan, İordaniya, Misir və bütün Avropa Birliyi olacaq.

5. Səudiyyə Ərəbistanı

Bu il Səudiyyə Krallığı hakim ailənin daxilində yaranan fikir ayrılığı riskləri ilə üz-üzə qalacaq. Təcrid olunması Ər-Riyadı Yaxın Şərqdə aqressiv fəaliyyət göstərməyə məcbur edəcək. Səudiyyə Ərəbistanı üçün əsas narahatlıq yenə də İran olacaq.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *