Lukaşenko: Minsk Azərbaycanın maraqlarının təmin olunmasına kömək etməyə hazırdır » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Lukaşenko: Minsk Azərbaycanın maraqlarının təmin olunmasına kömək etməyə hazırdır

Lukaşenko: Minsk Azərbaycanın maraqlarının təmin olunmasına kömək etməyə hazırdır


Biz Belarus-Azərbaycan münasibətlərini yüksək qiymətləndiririk. Zənnimcə, dünya iqtisadiyyatında böhran hallarını nəzərə alaraq bu gün biz əsas diqqəti qarşılıqlı faydalı əməkdaşlığın yeni ideyaları və istiqamətləri üzərində cəmləşdirməliyik.

Oxu.Az-ın məlumatına görə, bu barədə Minskdə Azərbaycan və Belarus rezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşündə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

“Biz bu barədə İlham Heydər oğlu ilə çoxdan danışırdıq. İndiki çətin şəraitdə bizim dövlətlərimiz, xoşbəxtlikdən, qarşılıqlı əmtəə dövriyyəsinin ciddi azalmasına yol verməyiblər. Bununla belə, zaman bizdən qarşılıqlı iqtisadi fəaliyyəti, o cümlədən üçüncü ölkələrin bazarlarında fəaliyyəti genişləndirmək üçün çevik və səmərəli qərarlar qəbul etməyimizi tələb edir. Fəxrlə qeyd etmək istəyirəm ki, Gəncə avtomobil zavodunda MTZ Belarus traktorlarının, Minskdəki MSKT avtozavodunun texnikasının istehsalı üzrə müştərək layihə yüksək nəticələr verir. 2007-ci ildən bəri bu zavodun istehsal sahələrində 6 min “Belarus” traktoru, 3 minə yaxın avtomobil və qoşqu istehsal edilib. Başqa sahələrdə də ikitərəfli qarşılıqlı fəaliyyəti genişləndirmək üçün imkanlar az deyil. Məsələn, nəqliyyat əlaqələrini təkmilləşdirmək üçün biz kiçik və orta həcmli ucuz, lakin etibarlı avtobuslar, İsveçrə ilə birgə istehsal edilən dəmir yolu sərnişin qatarları, şəhərdaxili daşımalar üçün ekoloji təmiz qaz-generator mühərrikləri ilə işləyən rahat avtobuslar təklif edə bilərik. Onların yığılmasını Sizin ölkənizdə təşkil etmək olar”.

Belarus prezidenti Azərbaycanın nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsində ölkəsinin iştirakının faydalı olacağına əminliyini ifadə edib: “Məsələn, Bakının mərkəzi ilə onun şəhərətrafı zonası arasında sürətli relsli nəqliyyatın hərəkətinin təşkil edilməsi, o cümlədən Heydər Əliyev Beynəlxalq Aeroportu ilə şəhər arasında əlaqənin daha rahat şəraitinin təmin olunması üçün avadanlıq satışı xəttinin layihələşdirilməsində biz iştirak edə bilərik. Həmçinin tütün və siqaretin qarşılıqlı satışının inkişafı sahəsində sanballı imkanlar var və bu cür münasibətlər uzunmüddətli əsasda yaradılmalıdır”.

“Azərbaycanın işgüzar dairələrinin iştirakı ilə neft kimyası, energetika, kənd təsərrüfatı sahələrində kooperasiya imkanlarını da nəzərdən keçirmək istərdik. Müasir dünyada informasiya texnologiyaları, informasiyanın qorunması sahələri xüsusilə aktualdır. Bu sahələrdə müştərək layihələr axtarışı üzərində işi davam etdirmək lazımdır. Ümidvaram ki, bugünkü görüş bizim əməkdaşlığın inkişaf etdirilməsi prosesinə əlavə təkan verəcək, onu konkret məzmunla zənginləşdirəcək”.

“Hörmətli İlham Heydər oğlu, bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan Belarusun etibarlı dostu və tərəfdaşı olub, indi də belədir. Biz dostluğumuzu yüksək qiymətləndiririk. Əgər bu, Sizin xeyrinizə olarsa, biz Avrasiya İqtisadi İttifaqında Sizin maraqlarınızın təmin olunmasına eyni dərəcədə səmimi və açıq kömək etməyə hazırıq”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *