İlham Əliyev: Biz qarşıdurma dövründə yaşayırıq » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi, Rəsmi

İlham Əliyev: Biz qarşıdurma dövründə yaşayırıq

İlham Əliyev: Biz qarşıdurma dövründə yaşayırıq

"Belarus Azərbaycan üçün dost, qardaş dövlətdir”.

İndi çətin zamandır. İqtisadi böhrana siyasi böhran, bir sıra ölkələrdə isə hərbi-siyasi böhran da əlavə olunur. Biz qarşıdurma dövründə yaşayırıq.

Oxu.Az-ın verdiyi xəbərə görə, bunu Azərbaycanın dövlət başçısı İlham Əliyev noyabrın 28-də Belarusda prezident Aleksandr Lukaşenko ilə təkbətək görüş başa çatdıqdan sonra baş tutan geniş tərkibli görüşdə çıxışı zamanı deyib.

"Son illərdə ölkələrimiz arasında çox etimadlı münasibətlər səviyyəsi yaranıb, bu münasibətlər çox uğurla inkişaf edir. Bu gün biz sizinlə nə işlər görüldüyünü və nə etməyi planlaşdırdığımızı müzakirə etdik.

Lakin hər şeydən əvvəl, sizi prezident seçkilərində inamlı qələbəniz münasibəti ilə ürəkdən təbrik etmək istərdim. Belarus xalqı sizə bir daha yüksək etimad göstərdi və seçkilərin nəticələri, əslində sizin ölkə rəhbəri vəzifəsində fəaliyyətinizin nəticəsidir.

Düşünürəm ki, bu gün mənim nümayəndə heyətimin üzvləri də Belarusun nə dərəcədə uğurla, dinamik, səmərəli inkişaf etməsini bir daha öz gözləri ilə gördülər. Minsk çox yaraşıqlı – qəşəng, rahat, təmiz şəhərə çevrilib. Əminəm ki, burada yaşamaq, işləmək, buraya gəlmək xoşdur", - deyə İlham Əliyev bildirib.

O qeyd edib ki, iki ölkə arasında münasibətlər həqiqətən ən yüksək səviyyədədir.

"Siz tamamilə haqlısınız, biz buna nail olmaq üçün uzun yol keçmişik. Lakin 10 ildən bir qədər çox əvvəl başlanmış bu cür fəal əməkdaşlıq illərində, mənim fikrimcə, bir-birimizi müxtəlif vəziyyətlərdə artıq yetərincə sınamışıq. Münasibətlərimizin möhkəmliyini, etibarlılığını sınamışıq və heç vaxt bir-birimizi naümid qoymamışıq. Buna görə, biz bu gün bir-birimizə inanırıq və sənədlərin altındakı imzalarımız kimi, sözlərimiz də böyük sanbala malikdir", - deyə Azərbaycanın dövlət başçısı bildirib.

Prezident bildirib ki, "biz bir sıra məsələlər barəsində razılığa gəlmişik. Biz sevinirik ki, Belarus uğurla inkişaf edir. Sizin qeyd etdiyiniz kimi, indi çətin zamandır. İqtisadi böhrana siyasi böhran, bir sıra ölkələrdə isə hərbi-siyasi böhran da əlavə olunur. Biz qarşıdurma dövründə yaşayırıq. Təbii ki, bu vəziyyət beynəlxalq məsələlərin həllinə yeni yanaşmalar tələb edir. Bax, bu cür şəraitdə Belarusda mövcud olan ictimai-siyasi sabitlik uğurun əsas göstəricisidir, habelə bu uğurun davam edəcəyinin rəhnidir. Biz, Sizin dostlarınız kimi, buna çox şadıq".

O, həmçinin diqqətə çatdırıb ki, "Belarus Azərbaycan üçün dost, qardaş dövlətdir. Əminəm ki, bu səfərdən sonra münasibətlərimiz daha sürətlə inkişaf edəcək".

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *