KİV: Əliyev və Sarkisyan görüşü dekabrın 1-də baş tutacaq
Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü dekabrın 1-də Parisdə baş tutacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistanın “Qrapark” qəzeti yazıb.
Nəşrin məlumatına görə, Parisdə danışıqlarda yeni təkliflər irəli sürülməyəcək, tərəflər atəşkəs rejiminə riayət etmək və danışıqların davamı məsələlərini müzakirə edəcəklər.
Mənbə:> Oxu.Az