Cənubi Azərbaycan ayaqda: Yüzlərlə tutulan soydaşımız var – VİDEO+FOTO
İran Televiziyasında yayımlanan təhqiramiz verilişin səbəb olduğu aksiya böyüməkdədir.
AzNews.info xəbər verir ki, etiraz dalğası Təbriz, Zəncan, Ərdəbil, Urmiya, Marağa, Sərab, habelə İran paytaxtı Tehranı da bürüyüb. Yerli hökümət dairələri aksiyanın qarşısını almaq üçün bütün mümkün olan variantlara əl atırlar. Aldığımız məlumata görə, hazırda yüzlərlə soydaşımız saxlanılıb.
Saxlanılanlar arasında ictimai fəallar Meşkinşəhrdən Aydın Zakiri, Ərdəbildən Meysəm Colani, Əmin Əmiri və Səid Sadiqifər Mustafa Pərvin, Reza İbrahimi, Fərşid Piçaqanlu, Əli Xeyrcu, Davud Ənsari, Əli Vaseqi, Murtaza Pərvin, Vəhid Nəriman, Elşən Böyükvənd, Atabək Sepehri, Nader Azizi, Şəhram Ruhi, Arman Musəvi, Ramin ƏzizPur, Urmiyadan Ulduz Gasemi və Mehdi Təhməzinin olduğu deyilir.
Hazırda adı çəkilənlərin haraya aparıldığı barədə məlumat yoxdur.
Post by aznews.info.
Mənbə:> AzNews.info