Türkiyədə növbədənkənar parlament seçkiləri keçirilir
Bu gün Türkiyə növbədənkənar parlament seçkilər başlayıb.
Oxu.Az xəbər verir ki, səsverməyə Türkiyə vaxtı ilə saat 08.00-da (Bakı vaxtı ilə saat 09.00) start verilib.
Böyük Millət Məclisinə (TBMM) seçkilərdə 16 partiyanın nümayəndələri 550 yer uğrunda mübarizə aparır.
Seçkilərdə təxminən 50,05 milyon seçicinin iştirak edəcəyi gözlənilir.
Xatırladaq ki, Türkiyədə sonuncu parlament seçkisi 7 iyunda keçirilib. 13 ildən bəri təkbaşına iqtidarda olan Ədalət və İnkişaf Partiyası (AKP) 7 iyundakı seçkidə 258 mandat qazansa da, təkbaşına iqtidarını davam etdirməsi mümkün olmayıb.
Çünki hər hansı hökumətin parlamentdən etimad ala bilməsi üçün 276 millət vəkili yeri qazanması tələb olunur.
7 iyundakı seçkinin nəticəsinə görə, Türkiyədə ya koalisiya hökuməti, ya da parlamentdəki digər 3 partiyadan birinin dəstəyi ilə AKP-nin azlıq hökuməti qurula bilərdi.
Mənbə:> Oxu.Az