İlham Əliyev Ağsuda » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Rəsmi, Foto

İlham Əliyev Ağsuda – FOTO

İlham Əliyev Ağsuda


Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 17-də Ağsuya içməli suyun verilməsi mərasimində iştirak edib.

AzNews.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, dövlət başçısı “milli su təchizati və kanalizasiya xidmətləri üzrə ikinci layihə” çərçivəsində həyata keçirilən Ağsu rayonunda su təchizatı, çirkab su sistemləri və çirkab su təmizləyici qurğunun tikintisi” layihəsi ilə tanış olub.

Prezident İlham Əliyevə məlumat verən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə bildirib ki, Ağsu şəhərinin içməli suya tələbatını təmin etmək üçün suyun Külüllü ərazisində Girdimançayın məcrası altından və Ağsuçayın yuxarı hissəsində mövcud olan quzey bulaqlarından götürülməsi nəzərdə tutulub. Külüllü ərazisində dəniz səviyyəsindən 175 metr yüksəklikdə yerləşən mövcud su qəbuledici qurğudan içməli suyun borularla qəbul edilərək Ağsu şəhərinə və rayonun 8 kəndinə ötürülməsi məqsədi ilə həmin ərazidə məhsuldarlığı 52,5 litr/saniyə olan nasos stansiyası və magistral boru kəməri, o cümlədən nasos stansiyasından təzyiq tənzimləyici anbarına qədər magistral təzyiqli boru kəməri tikilib. Bundan başqa Ağsu rayonunun Padar, Gursulu, Kalağaylı, Yenilik, Pirhəsənli və Elabad kəndlərinin 5260 nəfər əhalisini içməli su ilə təmin etmək üçün magistral boru kəmərindən su çıxışı verilib. Eyni zamanda, su şəbəkəsindən rayonun Təklə və Muradlı kəndlərinin 1080 nəfər əhalisini içməli su ilə təmin etmək üçün su çıxışı da hazırdır.

Həmçinin bildirilib ki, Ağsuçayın yuxarı hissəsində yerləşən quzey bulaqlarından Ağsu şəhərinə 2010-cu ildə Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına magistral su ötürücü xətti rayon icra hakimiyyəti tərəfindən inşa edilib. Quzey bulaqlarından həmin boru xətti ilə nəql edilən içməli su layihə çərçivəsində əsaslı təmir edilərək müasir avadanlıqla təchiz olunan 500 kubmetrlik su anbarına nəql olunur və buradan əhaliyə paylanır. Bundan əlavə, layihə üzrə təzyiq tənzimləyici və paylayıcı anbarlar inşa olunub, Ağsu şəhərindəki daha bir su anbarı əsaslı təmirdən sonra müasir standartlara cavab verən yeni avadanlıqla təchiz edilib.

Artıq layihə üzrə müxtəlif diametrli içməli və magistral su xətləri, o cümlədən şəbəkə su xətti çəkilib və bunun üzərində 5493 ev birləşməsi və 481 yanğın hidrantı quraşdırılaraq nəzərdə tutulan işlər yekunlaşıb. Abonentləri içməli su ilə təmin etmək üçün 5020 sayğacın quraşdırılması başa çatdırılıb. Bundan əlavə, müxtəlif diametrli kanalizasiya xətləri, o cümlədən kollektor xətti çəkilib. Kanalizasiya şəbəkə xətləri üzərində 5301 ev birləşməsi və 3136 baxış quyusu quraşdırılıb. Çirkab su təmizləyici qurğunun tikintisi üçün Muradlı kəndinin ərazisində torpaq sahəsi ayrılıb və hazırlıq işlərinə başlanılıb. Çirkab su təmizləyici qurğusundan çıxan təmizlənmiş suyun mövcud Ağsu kollektoruna axıdılması nəzərdə tutulub.

22:38

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də yenidənqurma işlərindən sonra Ağsu Şahmat Məktəbinin açılışında iştirak edib.

AzNews.info AzərTAc-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevə məlumat verildi ki, Ağsu Şahmat Məktəbində uşaqların və yeniyetmələrin idmanın bu qədim növünün sirlərinə dərindən yiyələnmələri üçün hər cür şərait yaradılıb.

Məktəbdə şahmat dərslərinin keçirilməsi zəruri avadanlıqla təchiz olunan əsas yarış zalı, 2 tədris sinfi, müəllimlər otağı və xidməti otaqlar var.

Burada şahmatla bağlı biliklərin əldə olunması və müasir yeniliklərin qavranılması üçün ayrıca kompyuter guşəsi yaradılıb. Bu da dərslərin müasir innovativ vasitələrin köməyi ilə keçirilməsinə və ən son yeniliklərin qısa müddətdə öyrənilməsinə şərait yaradır. Şahmat Məktəbi bir sıra respublika səviyyəli yarışlara da ev sahibliyi etməyə hazırdır. Onu da deyək ki, Ağsu idmançıları son illərdə respublika və beynəlxalq şahmat turnirlərində medal, diplom və kuboklara layiq görülüblər.

Şahmat Məktəbinin ümumi sahəsi 430 kvadratmetrdir. Burada yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilib.

Məktəblə tanışlıqdan sonra Prezident İlham Əliyev ərazidə salınan Şahmat parkına da baxdı.

Burada sakinlərin, eləcə də məktəbə gələnlərin istirahəti üçün hər cür şərait yaradılıb. Parkda açıq hava şəraitində şahmat taxtası qurulub, yaşıllıq zolaqları salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb.

21:50

Azərbaycan prezidenti İlham Əliyev bu gün Ağsu rayonuna səfəri çərçivəsində İdman Kompleksinin açılışında iştirak edib.

AzNews.info AzərTAc-a istinadən xəbər verir ki, dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan kompleksin tikintisinə 2013-cü ilin may ayında başlanıb. Tikinti işləri bu ilin sentyabrında başa çatdırılıb.

Kompleksdə idmanın bir çox növləri ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb. Dövlət başçısı kompleksdə yaradılan şəraitlə tanış olub.

Kompleksdə istər yerli, istərsə də beynəlxalq əhəmiyyətli idman tədbirləri keçirmək mümkün olacaq.

Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirib.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.

Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısına məlumat verildi ki, partiyanın inzibati binasının tikintisinə 2014-cü ilin may ayında başlanıb və bu ilin avqustunda başa çatdırılıb. Tikinti ən müasir standartlara uyğun həyata keçirilib. Ümumi sahəsi 535 kvadratmetr olan bina müasir inventar və avadanlıqla təchiz olunub.

Binanın foyesində Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin büstü qoyulub. Burada Ümummilli Liderin və Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyası ilə bağlı fəaliyyətlərini əks etdirən maraqlı fotolardan ibarət guşə var. 100 nəfərlik akt zalında partiyanın fəaliyyəti ilə bağlı müxtəlif tədbirlər keçirilə bilər. İnzibati otaqlarda səmərəli fəaliyyət üçün hərtərəfli imkanlar yaradılıb.

Partiyanın bölgələrdəki qurumları arasında Ağsu rayon təşkilatı da fəaliyyəti ilə seçilir. Təşkilat hazırda 5 mindən çox siyasi həmfikiri bir araya toplayıb və onun üzvləri rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatına mühüm töhfələr verirlər, aparılan abadlıq-quruculuq və yenidənqurma işlərində yaxından iştirak edirlər. Partiyanın rayon təşkilatının üzvlərinin 30 faizini gənclər, 40 faizini isə qadınlar təşkil edir.

Yeni Azərbaycan Partiyası təşkilatları üçün bu cür müasir inzibati binaların tikilməsi ilk növbədə işçilərin yüksək səviyyədə fəaliyyət göstərməsinə hesablanıb. Bu, eyni zamanda, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikanın ağır günlərində yaranan, çətin və şərəfli yol keçən, ölkənin çiçəklənməsində mühüm xidmətləri olan Yeni Azərbaycan Partiyasına dövlətimizin göstərdiyi diqqəti nümayiş etdirir.

20:52

Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kürdəmirə səfərini başa çatdıraraq Ağsu rayonuna gəldi.

AzNews.info AzərTAc-a istinadən xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə rayon mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev məlumat verdi ki, Ulu Öndərin abidəsinin ucaldıldığı Heydər Əliyev Parkında son vaxtlar geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Park rayon sakinlərinin ən sevimli istirahət mərkəzlərindən birinə çevrilib.

İlham Əliyev Ağsuda
İlham Əliyev Ağsuda
İlham Əliyev Ağsuda
İlham Əliyev Ağsuda
İlham Əliyev Ağsuda
İlham Əliyev Ağsuda
İlham Əliyev Ağsuda
İlham Əliyev Ağsuda
İlham Əliyev Ağsuda
İlham Əliyev Ağsuda
İlham Əliyev Ağsuda
İlham Əliyev Ağsuda
İlham Əliyev Ağsuda
İlham Əliyev Ağsuda
İlham Əliyev Ağsuda
İlham Əliyev Ağsuda
İlham Əliyev Ağsuda
İlham Əliyev Ağsuda
İlham Əliyev Ağsuda
İlham Əliyev Ağsuda
İlham Əliyev Ağsuda
İlham Əliyev Ağsuda
İlham Əliyev Ağsuda
İlham Əliyev Ağsuda
İlham Əliyev Ağsuda
İlham Əliyev Ağsuda
İlham Əliyev Ağsuda

Mənbə: AzərTAc / APA / Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *