Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə əlaqədar qərar qəbul edib » AzNews.info -Xəbər portalı

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə əlaqədar qərar qəbul edib – VİDEO

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə əlaqədar qərar qəbul edib


Azərbaycan nümayəndə heyətinin Avronest PA-da iştirakına son qoyulur

Azərbaycan Milli Məclisinin bu gün keçirilən xüsusi iclasında “Avropa Parlamentinin 2015-ci il 10 sentyabr tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin qərarı” adlı sənəd qəbul olunub.

APA-nın məlumatına görə, qərar layihəsini MM-in sədr müavini, Avropa İttifaqı − Azərbaycan parlament əməkdaşlığı komitəsinin rəhbəri Valeh Ələsgərov oxuyub.

Sənəddə bildirilir ki, Avropa Parlamentinin məlum qətnaməsi qurumun Azərbaycana qarşı son dərəcə qərəzli olduğunu göstərir: “Azərbaycana şər atılır, nüfuzuna xələl gətirilməsinə və Azərbaycanın təcrid olunmasına cəhd olunur. Ötən ilin sentyabrından bu qurum yeni tərkibdə fəaliyyətə başladığı vaxtdan Azərbaycanla qurum arasında hər hansı dialoqun baş tutması bu təşkilatın bəzi üzvlərinin, o cümlədən sədrinin günahı ucbatından mümkün olmayıb. Avropa Parlamentinin deputatlarının, sədrinin Azərbaycana səfərinə təşkilat tərəfindən qeyri-rəsmi qadağa qoyulub”.

Qərarda bildirilir ki, qətnamədə bir sıra şəxslərin azad olunması ilə bağlı tələblər heç bir hüquqi əsas doğurmur və Azərbaycan məhkəmələrinin işinə müdaxilədir.

Sənəddə deyilir ki, AP rəhbəri M. Şults ələbaxan qrupların fəaliyyətinə göz yumur: “İndi Avropada davam edən mühacir problemi, irqçilik və ksenofobiya pik həddinə çatıb, beynəlxalq hüquq normaları tapdalanıb. Avropa Parlamenti bütün qətnamələrində guya Avropa məhkəmələrinin çıxardığı qərarlara söykənir. Amma həmin Avropa Məhkəməsi bir müddət əvvəl Çıraqovlarla bağlı qərar qəbul etsə də, hələ də bu qərar icra edilməyib. İndidən Azərbaycanda keçiriləcək seçkilərin nəticələrini şübhə altına almağa çalışırlar. Bu da Azərbaycan seçicilərinin iradəsinə ziddir. Milli Məclis Avropa Parlamentinin nəzərinə çatdırır ki, insan hüquq və azadlıqlarını həmişə qoruyacaq, demokratik prinsiplərə söykənəcək. Şərh edilənləri nəzərə alaraq Milli Məclis qərar qəbul edir:

- Azərbaycana qarşı pozucu fəaliyyətlərə və qərəzli kampaniyalara son qoyulsun;

- Avropa Parlamentinin nüfuzuna xələl gətirən fəaliyyətin qarşısı alınsın;

- Azərbaycan nümayəndə heyətinin Avronest Parlament Assambleyasının iclaslarında iştirak etməsinə son qoyulsun, fəaliyyəti dayandırılsın;

- Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycanın məsul şəxsləri ilə bağlı sanksiya tətbiq olunacağı təqdirdə, Avropa Parlamenti üzvlərinin Azərbaycana girişinə qadağa qoyulsun”.

Daha sonra qərar səsə qoyularaq qəbul olunub.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *