Prezident tapşırıq verdi: Azərbaycanda aylıq 100 manata evlərin satışı başlayır » AzNews.info -Xəbər portalı

Prezident tapşırıq verdi: Azərbaycanda aylıq 100 manata evlərin satışı başlayır

Prezident tapşırıq verdi: Azərbaycanda aylıq 100 manata evlərin satışı başlayır


Prezident İlham Əliyev sosial ipotekanın həcminin artırılması və vəsaitlərin verilməsi mexanizminin təkminləşdirilməsi barədə müvafiq qurumlara tapşırıqlar verib. Mərkəzi Bank və İpoteka Fondu ilə yanaşı, təkminləşdirilməsi və əhatəsinin genişləndirilməsi məqsədi ilə yeni layihə hazırlayıb.

AzNews.info-nun Vergilər Nazirliyinə istinadən verdiyi məlumata görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hazırladığı yeni təkliflər paketində mənzilə ehtiyacı olan ailələrin problemlərinin həlli məqsədi ilə kredit faizlərinin aşağı salınması, aylıq ödəniş məbləğinin azadılması və ipotekanın regionlarda geniş tətbiqi əks olunub. Komitənin sədr müavini Sədaqət Qəhramanova bildirib ki, təkliflər hazırlanarkən beynəlxalq maliyyə-bank təşkilatlarının təcrübəsi və bu sahə üzrə tanınmış xarici ekspertlərin rəyləri nəzərə alınıb.

Sosial ipotekanın Amerika və Almaniya modelinin məqbul sayan Mərkəzi Bank isə həmin ölkələrin təcrübəsinə əsasəən əldə edilmiş məlumatlar üzrə müxtəlif təhlillər aparıldığını bəyan edib. Bu modelə əsasən, ipoteka sisteminin davamlılığı üçün təkcə sosial yardımla kifayətlənmək məqsədəuyğun hesab edilmir. Sosial ipotekanın mənbələri dövlətin maliyyə resursları ilə yanaşı, digər əlavə mənbələr hesabına formalaşır. Maliyyələşmə mənbələri kimi qiymətli kağızlardan, kredit və qrantlardan, həmçinin Dövlət Neft Fondunun və Maliyyə Nazirliyinin səhm və istiqrazlarından da istifadə oluna bilər. Əhalinin öz yığmaları hesabına ipoteka kreditləri əldə etməsi, bank olmayan kredit təşkilatlarının bu prosesə cəlb olunması məsələsi də nəzərdən keçirilir. Bu mənbələr hesabına ipoteka rezervlərinin ən azı 2-3 dəfə artması mümkündür.

MB İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, yaxın günlərdə hökümətə təqdim olunacaq sənəddə nəzərdə tutulan mühüm məsələlər sosial ipoteka şərtlərinin yüngülləşdirilməsi, faiz dərəcələrinin aşağı salınması və ilkin ödəniş şərtlərinin asanlaşdırılmasıdır. Beynəlxalq təcrübəyə, o cümlədən qardaş Türkiyə və Qazaxıstanın təcrübəsinə uyğun olaraq dövlət və xüsusi bölmə partnyorluğu əsasında dövlətin “ekonom klass” mənzil tikintisinin genişləndirilməsi və sosial ipoteka ilə əlaqələndirilməsi təklif edilir. Bundan başqa, dövlətin ayırdığı maliyyə vəsaitləri hesabına ipoteka bazarı iştirakçılarının tələblərini tamamilə ödəmək mümkün olmadığından alternativ variantların tətbiqi də istisna edilmir. Adi ipoteka kreditləşməsinin genişləndirilməsi üçün əlavə bazar mənbələrinin cəlbi, yeni ipoteka məhsullarının yaradılması zəruridir. Yeni strategiya çərçivəsində əhalinin öz yığmaları hesabına birbaşa ipoteka ilə mənzil alınması da məqsədəuyğun hesab olunur. Bu, Almaniyanın tikinti-əmanət bankları modeli təcrübəsinə əsaslanır.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev isə yeni proqrama sosial evlər modelinin tətbiqi ilə bağlı layihənin daxil edilməsinin vacib saydığını bildirib. Millət vəkili vurğulayıb ki, sosial ipoteka kreditlərinin verilməsinə baxmayaraq, ehtiyacı olan minlərlə ailənin mənzil ehtiyacını həll etmək mümkün olmur. İpoteka kreditlərini ödəməyə gənc ailələrin əksəriyyətinin imkanı çatmır, orta aylıq əməkhaqqı həcmində maaş yalnız onların aylıq istehlak xərclərinə kifayət edir. Buna görə də ipoteka kreditləri üçün aylıq ödənilən məbləğdən 2-3 dəfə aşağı həcmdə ödənişlə mümkün olan sosial evlər layihəsinin rellaşdırmaqla on minlərlə insanın mənzil problemini həll etmək mümkündür.
Sosial evlər layihəsində dövlət birbaşa investor kimi çıxış edir və evlər mühüm proqram çərçivəsində tikilir. Bu zaman tikinti-quraşdırma və təmir xərcləri özəl şirkətlərlə nisbətdə iki dəfə ucuz başa gəlir və mənzillərin dəyəri real bazar qiymətindən xeyli aşağı olur. Məsələn, 75 kvadratmetrlik təmirli mənzilin dəyəri 30-35 min manat təşkil edir. Həmin qiymətə uyğun 20-25 illik ödəmə cədvəli tərtib olunur. Nəticədə aylıq 100-150 manat ödəməklə insanların mənzil təminatı həll edilir.
Millət vəkili bildirib ki, Milli Məclisin payız sessiasında sosial mənzillərin tikilməsi ilə bağlı məsələ müzakirəyə çıxarılacaq.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *