Inın milyonlarla könüllüsü – VİDEO+FOTO
Şimali və Cənubi Koreya arasında baş verən son hadisələrin fonunda, Koreyanın Əmək Partiyasının (KƏP) Mərkəzi Hərbi Komitəsinin təcili iclasından və Koreya Milli ordusunun Ali baş komandanlığının təcili məlumatından sonra bir gün ərzində ölkənin bir milyondan çox oğlan və qızları, o cümlədən çalışan gəncləri və tələbələri, texnikum şagirdləri Milli Orduda xidmət və təkrar xidmət üçün müraciət ediblər.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, beləliklə, Şimali Koreyanın bu təbliğatı ölkənin gücünü, birliyini, gənclərinin həmrəyliyini nümayiş etdirmək istəyir.
Xatırladaq ki, KXDR və Cənubi Koreya arasında gərginlik son həftə ərzində Cənubi Koreya əsgərlərinin mina partlayışı nəticəsində yaralanmalarından sonra kəskin şəkildə artıb. Buna cavab olaraq Cənubi Koreya son 11 il ərzində ilk dəfə sərhəddə ucadan danışma qurğularını işə salaraq Şimali Koreyanın ünvanına tənqidi məlumatlar yayımlayıb.
Mənbə:> Oxu.Az