İlham Əliyev Mingəçevirdəki hadisəni nəzarətə götürüb – GENİŞ VİDEOREPORTAJ + FOTO
Baş leytenant xidmətdən xaric edilib, şöbə rəisinə şiddətli töhmət elan olunub
Avqustun 20-də Mingəçevir Şəhər Polis Şöbəsinə ölmüş Bəhruz Hacıyevin ölməsi ilə bağlı cinayət işi başlanılıb və istintaq aparılır.
APA Daxili İşlər Nazirliyi və respublika Baş Prokurorluğunun mətbuat xidmətlərinə istinadən yazır ki, polis baş leytenantı Şahlar Şahlarzadənin cinayətdə şübhəli şəxslərin saxlanılması və mühafizəsinə dair vəzifə təlimatının tələblərini pozaraq Bəhruz Hacıyevin təhlükəsizliyini təmin etməməsi və sayıqlığını itirməsi ağır nəticəyə səbəb olub.
Aksiyaçıları dağıtmaq üçün səs bombası istifadə edilir
Ramil Usubovun əmri ilə polis baş leytenantı Şahlar Şahlarzadə daxili işlər orqanlarında xidmətdən xaric edilib. Eyni zamanda, tabelikdəkilərin xidməti fəaliyyətinə nəzarəti zəiflətdiyinə, cinayət törətməkdə şübhəli olduğuna görə gətirilən şəxslərin saxlanılması işini düzgün təşkil etmədiyi üçün Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi polis polkovniki Ələsgər Bədəlova şiddətli töhmət elan olunub.
Məlumatda bildirilir ki, baş vermiş hadisələrlə əlaqədar istintaqın gedişi Azərbaycan Respublikası Prezidentinin nəzarətindədir və mütəmadi məruzə olunur.
Mingəçevirdəki aksiyadan sonra saxlananlar olub. Sakinlərdən biri deyir ki, onu polis şöbəsində döyüblər, telefonunu əlindən alıblar
Daxili qoşunlar şəhərə girməyə hazırlaşır
Sakin polisə: durduğum yerdə niyə vurursunuz?
Polis etirazçılara qarşı güc tətbiq edir
Mənbə:> APA / Video: Azadlıq Radiosu