Yeni faiz tavanı bank sektorunda nəyi dəyişəcək? » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Yeni faiz tavanı bank sektorunda nəyi dəyişəcək?

Yeni faiz tavanı bank sektorunda nəyi dəyişəcək?


Azərbaycan Mərkəzi Bankı (AMB) kreditlər üzrə faiz dərəcələrinin yuxarı həddini tətbiq edib. Bu qərar ötən həftə qəbul edilib, yalnız istehlak və mikrokreditlərə tətbiq edilir.

AMB banklara istehlak kreditləri üzrə illik faiz dərəcələrinin 29, mikrokreditlər üzrə illik faiz dərəcələrinin 25 faizdən yuxarı olmamasını tövsiyə edib.

Tələb icra olunmadığı halda inzibati tədbirlər nəzərdə tutulmur.

Buna baxmayaraq, ölkənin bütün bankları kreditlər üzrə faiz dərəcələrini AMB-nin təklif etdiyi səviyyəyə uyğunlaşdırmağa çalışır.

İqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, şərait AMB-nin banklara qarşı bu müdaxiləsinə sövq edib:

“Kredit faizlərinin inzibati yol ilə məhdudlaşması liberal iqtisadiyyat prinsiplərinə zidd olsa da razılaşmaq lazıdmır ki, bankların bahalı kreditləri ilə yanaşı effektiv və real faizlər ilə müştərilərin çaşdırılmasına və əksər hallarda aldadılmaslna hesablanan süni manevrləri belə müdaxiləni məqbul edirdi. Mərkəzi Bank “faiz tavanını” qərarlaşdırmadığını, sadəcə tövsiyyə etdiyini bəyan edə bilər ki, bu qanunvericiliyə zidd deyil”.

Sual yaranır? “Fazi tavanı” nəyi dəyişəcək?

“Aydındır ki, bu təşəbbüsdə məqsəd faizlərin aşağı düşməsinə nail olmaqdan ibarətdir. Güman olunur ki, kifayət qədər inzibati xarakter daşıyan sözügedən tövsiyyə bankların faiz siyasətinə korrektlərə etməsinə səbəb olacaq. Başqa tərəfdən, bir müddət öncə komisiyon haqlarının məhdudlaşdırılması da bankların “yalançı faizlər” ilə bağlı manevr imkanlarını məhdudlaşdırıb.

Mərkəzi Bankın sektoral mənfəət normasının qorunub saxlanması üçün bankların ucuz kredit resurslarına o cümlədən mərkəzləşdirilmiş kreditlərə çıxış imkanlarının genişləndirilməsinə ehtiyac var. Çünku yüksək gəlirə aulidə olan bankların “qara bazar” formalaşdırmaq cəhdləri də istisna edilmir. Təbii ki, daha uzun müddətli və stabil faiz endirimləri üçün isə bank sektorunun liberalaşması, xarici kapitala mövcud məhdudiyyətlərin yumşaldılması və eləcə də rəqabətin gücləndirilməsinə də vacibdir”-deyə, ekspert qeyd edib.

Eskpert bildirib ki, bu halda bəzi banklar istehlak kreditlərini biznes kreditləri kimi rəsmiləşdirəcəklər:

“Bununla yanaşı, gözlənilir ki, bəzi banklar və bank olmayan kredit təşkilatları öz kredit növlərinə dəyişiklik edərək faiz məhdudiyyətindən yayınmağa çalışacaqlar. Belə ki, məhdudiyyətlər istehlak və mikro kreditlərini əhatə etdiyindən banklar orta məbləğli kreditlərini biznes kreditləri kimi rəsmilləşdirməyə çalışaraq bu “qadağalardan” qaçmağa çalışacaqlar istisna edilmir”.

V. Bayramov müştəriləri diqqətli olmağa çağırıb:

“Eyni zamanda, müştərilər də diqqətli olmalıdırlar ki, banklar onların kreditlərinə 1 faizədən artıq komissiyon haqqı hesablamasın və ümumi fazilər 29 faizdən çox olmasın. Eyni zamanda, prosesə nəzarət üçün Mərkəzi Bankın monitorinqlərinin gücləndirilməsinə ehtiyac var”.

“Təbii ki, 2015-ci ilin dövlət büdcəsi haqqında qanuna əsasən hər 6 aydan bir dövlət başçısına kredit faizləri ilə bağlı hesabat verən Mərkəzi Bank artıq real azaldılmış faizlər ilə öz hesabatını hazırlamalıdır. Uzun müddət effektiv bank faiz dərəcələri ilə spekulyasiya edən banklar komisiyon haqlarının məhdudlaşdırılmasından sonra artıq bazara elan edilən real faizlər ilə daxil olmaq məcburiyyətində qalacaqlar.

Faizlərin real azaldılması isə həmçinin bankların ucuz maliyyə resursları ilə təmin edilməsinin vacibliyini gündəmə gətirdi.

Hər halda, son məhdudiyyətlə faizlərə təsir göstərəcək. Prosesin daha hiss edilən faiz azalmaları ilə müşahidə edilməsi də məhz Mərkəzi Bankı yeni qərarlarından və tövsiyyələrin monitorinqdən asılı olacaq”-deyə, Bayramov bildirib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *