Azərbaycanda ev almaq üçün nə qədər maaşın olmalıdır? – DİAQRAM
Azərbaycan İpoteka Fondu (AİF) 2015-ci ilin II-ci rübü üzrə borcalanların aylıq gəlirinə görə pay bölgüsünü açıqlayıb.
Oxu.Az Azərbaycan İpoteka Fonduna istinadən xəbər verir ki, 35,3% borcalanın maaşı 1100 manatdan yuxarıdır.
21,2% borcalanın maaşı 700-900 manat arasında, 18,3% borcalanın maaşı 500-700 manat arasında, 15,4% borcalanın maaşı 900-1100 manat arasında dəyişib.
Bundan başqa, borcalanların 2,4%-nin maaşı 300 manatdan aşağı, 7,3% borcalanın maaşı isə 300-500 manat arasında olub.
Məlumat üçün bildirək ki, ipoteka krediti götürənlərin 68,2%-i evli, 31,8%-i isə subay olub.
Borcalanların 79,5%-i hərbi qulluqçu, 8,6%-i dövlət qulluqçusu, 8%-i məcburi köçkün, 2,1%-i elmlər namizədi, 1,5%-i isə idmançı olub.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli