Zədələnmiş əskinasları harada dəyişməli? » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Zədələnmiş əskinasları harada dəyişməli?

Zədələnmiş əskinasları harada dəyişməli?


Zədələnmiş əskinasların ödəniş vasitəsi kimi qəbul edilməməsi isə problemi bir qədər də artırır.

AzNews.info Trend-ə istinadən xəbər verir ki, bəziləri nominalı aşağıdırsa, bu əskinasları atmağa üstünlük verirlər. Bəs banknot 50 manat və daha çox dəyərdədirsə, nə etmək lazımdır?

Mərkəzi Bank haqqında Azərbaycan Respublikasının Qanununun 40-cı maddəsinə əsasən, zədələnmiş əskinaslar bir sıra hallarda dəyişdirilə bilər.

Belə ki, tədavülə yararlı, yararsız və həqiqiliyi şübhə doğurmayan (saxta olmayan), bütöv bir hissədən ibarət, səthinin 60 faizdən az olmayan hissəsini və ya eyni əskinasa məxsus hissələrdən ibarət səthinin 100 faizini saxlamış pul nişanları bütün banklar tərəfindən məhdudiyyət qoyulmadan qəbul edilməli və dəyişdirilməlidir.

Səthi tam olmayan əskinasların səthini müəyyənləşdirmək üçün xüsusi 200 damalı cədvəllərdən istifadə olunur. Zədələnmiş əskinasın saxlanılan hissələri damalı cədvəlin üzərinə qoyulur, sol yuxarı künclə uyğunlaşdırılır və perimetr boyu qırmızı qələmlə konturu çəkilir, konturun daxilində qalan tam damalar sayılır, konturun xətti ilə kəsilmiş damaların sayı yarı bölünüb tam damaların sayı ilə toplanılır. Alınan damaların sayı 120-dən az olmadıqda əskinasın nominal dəyəri ödənilir.

Qüsurlu pul nişanlarını ölkənin bütün kommersiya banklarında, onların filiallarında, Mərkəzi Bankda və onun regional mərkəzlərində həftəsonu və bayram günlərindən başqa, istənilən gün dəyişmək olar.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *