Bakıda iş vaxtı rejimi əvvəlki vəziyyətə qaytarılır » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Bakıda iş vaxtı rejimi əvvəlki vəziyyətə qaytarılır

Bakıda iş vaxtı rejimi əvvəlki vəziyyətə qaytarılır


“Bakı-2015” l Avropa Oyunları ilə əlaqədar iş vaxtı rejiminin dəyişdirilməsi ilə bağlı sərəncamı növbəti həftə qüvvədən düşəcək.

Oxu.Az-ın məlumatına görə, Nazirlər Kabineti Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək, işçi qüvvəsinin və tamaşaçıların ictimai nəqliyyat sisteminin mövcud imkanlarından tam şəkildə istifadə etmələrinə şərait yaratmaq məqsədilə mayın 1-də qüvvəyə minən sərəncam iyulun 1-nə qədər qüvvədə olacaq.

Xatırladaq ki, sərəncamda qeyd edilib ki, 2015-ci il mayın 1-dən iyulun 1-dək Bakıda fəaliyyət göstərən dövlət orqanlarında, dövlət müəssisə və təşkilatlarında çalışan işçilərin (növbəli iş vaxtı rejimi əsasında və təhsil müəssisələrində işləyənlər istisna olmaqla) əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejimi pilləli şəkildə müəyyənləşib.

Sərəncama əsasən, işçilərin 25%-i üçün saat 08:00-dan 17:00-dək, 25%-i üçün saat 08:30-dan 17:30-dək, 25%-i üçün 09:00-dan 18:00-dək, 25%-i üçün 09:30-dan 18:30-dək qrafik tətbiq olunub.

Özəl şirkətlərdə isə işçilərin 50%-i saat 08:00-dan 17:00-dək, 50%-i 08:30-dan 17:30-dək işləyir.

Mənbə: Oxu.Az - Ülviyyə R.Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *