SOCAR: Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan neftinin qiyməti 1,49 dollar aşağı düşüb.
Bu barədə Oxu.Az-a Dövlət Neft Şirkətindən (SOCAR) bildirilib.
Belə ki, şirkət qeyd edir ki, London birjasında keçirilən hərraclarda “AzeriLight” markalı neftin bir barelinin qiyməti 2,31% və ya 1,49 dollar azalaraq 63,08 dollar olub.
Xatırladaq ki, dünən Azərbaycan neftinin qiyməti 65 dollara yaxınlaşmışdı.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli