Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti 1 dollardan artıq ucuzlaşıb.
Bu barədə Oxu.Az-a Dövlət Neft Şirkətindən (SOCAR) bildirilib.
Şirkətin məlumatına görə, London birjasında iyunun 15-də keçirilmiş hərraclarda “AzeriLight” markalı neftin bir barelinin qiyməti 2,01% və ya 1,31 dollar ucuzlaşaraq 63,86 dollar olub.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli