Azərbaycan bu siyahıda Danimarkadan çox geridədir » AzNews.info -Xəbər portalı

Azərbaycan bu siyahıda Danimarkadan çox geridədir – VİDEO

Azərbaycan bu siyahıda Danimarkadan çox geridədir


Azərbaycanda orta aylıq əmək haqqı qadınlarda kişilərə nisbətən çox aşağıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə bu problemin başlıca səbəbini qadınların peşə maraqları ilə əlaqələndirir.

Gender son illərin ən çox müzakirə olunan mövzularından biridir. İstər mütəxəssislər, istərsə də ayrı-ayrı peşə sahibləri cəmiyyətdə gender balansının pozulmasından fikirini irəli sürür.

Düzdür bu gün müxtəlif sahələrdə çalışan qadınlar da az deyil. Qanunvericilik sahəsində, icra, məhkəmə sturukturlarında çalışan qadınların sayı get-gedə artır. Amma yenə də qadınların peşə müxtəlifliyi çox kasaddır.

Zərif cinsin nümayəndələrinin üz tutduğu peşələrdə əmək haqqının aşağı olması isə bu sahədə gender bərabərsizliyinin olduğu fikrini yaradır. Bu da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazarliyini narahat edir.

“Elektron qeydiyyatı sistemində, qeydiyyatdan keçmiş və əmək müqavilələri üzrə çalışanların 46,7 faizi qadınlar, təqribən 53,3 faizi isə kişilərdir. Çalışan qadınların orta aylıq əmək haqqı, kişilərin orta aylıq əmək haqqları ilə müqayisədə xeyli aşağadır. Əmək müqavilələri əsasında aparılan araşdırmalar sonucu məlum olub ki, qadınların əksəriyyəti səhiyyə və təhsil sahələrində çalışanlardır”, – deyə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Nazirlik bu gün təhsil və səhiyyədə əmək haqqının artırılması ilə yanaşı qadınların başqa peşə sahəsinə yönləndirilməsinə də ehtiyac duyur.

Sosioloqların fikrincə, qadınların daha çox səhiyyə və təhsil sahəsinə maraq göstərməsi mentalitetlə bağlı olan bir məsələdir.

“Bizim cəmiyyətimizdə belə bir fikir formalaşıb ki, qadın axşam saatlarında evə gec gəlirsə, bu artıq adət-ənənənin pozulması və yaxuda əxlaqsızlıq kimi dəyərləndirilir. Bizim mühafizəkar ailə dəyərlərimizlə bağlı olduğuna görə, qadınlar əsasən bu sahəyə meyil edirlər. Bu sahədə dönüş yaratmaq üçün insanların şüurunda, ümumiyyətlə dünya görüşündə dəyişikliklər yaratmaq lazımdır”, - deyə sosioloq Rəşad Əsgərov vurğulayıb.

Qeyd edək ki, qadın məşğulluğunun ən yüksək olduğu ölkə Danimarkadır. Burada hər yüz qadından 71-i-çalışandır. İkinci sırada İsveç, sonrakı yerlərdə isə Hollandiya, Finlandiya və İngiltərə gəlir.

Qadınların çalşma faizinin aşağı olduğu ölkələrdən biri isə 24 faizlə Türkiyədir.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *