“Rəngli inqilablar”ın varlandırdığı oliqarxlar... » AzNews.info -Xəbər portalı

“Rəngli inqilablar”ın varlandırdığı oliqarxlar...

“Rəngli inqilablar”ın varlandırdığı oliqarxlar...


BBC-nin məlumatına görə, “Maydan inqilabı”ndan keçən bir il ərzində Ukrayna prezidenti Pyotr Poroşenkonun sərvəti 7 dəfə artıb. Zatən, analitiklər bunu çoxdan söyləyirdilər, indi yayılan məlumat isə buna növbəti təsdiqdir.

Hazırda var-dövləti 700 milyon dollara çatan Poroşenko vurulmuş oliqarxların (Axmetov, Kolomoyski və s.) nisbi yoxsullaşması fonunda varlanıb. Deməli, bu artıma görə siyasi hakimiyyətinə borcludur.

“Rəngli inqilablar”ın varlandırdığı oliqarxlar...


Üstəlik, Poroşenkonun daha da varlanması onun Rusiyada və Krımda olan biznesinin zəifləməsi, Ukraynada dərin iqtisadi tənəzzül, kütlələrin yoxsullaşması davam edən müharibə fonundadır.

Bütün bunları nəzərə alanda bir daha təsdiqləməli olursan ki, bizdəki “demokratlar”ın “hurrey”lə qarşıladığı, hətta gedib Kiyev meydanında bayağı çıxışlar etdiyi o “inqilab” vur-tut oliqarxların bir komandasının hakimiyyətinin digər qrup oliqarxlarla əvəzlənməsindən ibarət imiş.

Bu nümunə unikal deyil. Yəni onu yalnız Ukraynaya və yalnız Poroşenkoya aid etmək olmaz. Kədərli olan da elə budur - milyonçuların milyarderə çevrilməsi üçün bu qədər qan tökməyə, ölkəni amansız vətəndaş müharibəsinin arenasına çevirməyə, bir oliqarx qrupunu qovub yerini yenilərinə verməyin ekstazını yaşamağa, hər gün “sink oğlanlar”ı taxta tabutlarda qəbul etməyə dəyərdimi?

“Rəngli inqilablar”ın varlandırdığı oliqarxlar...


Yekun nəticə olaraq məgər olsa-olsa periferiya kapitalizminin az-çox sosial siyasət elementlərinin qaldığı yarımasılı forma (Yanukoviç oliqarxatı) tam asılı forma ilə əvəzlənmədimi?

Qərbin “inqilabçılar”a yeganə hədiyyəsi sadəcə Viktoriya Nulandın payladığı peçenyelər oldu. Əvəzində isə Qərb Ukraynaya verdiyi yalançı vədlərin heç birini yerinə yetirmədi - nə Avropa Birliyinə qəbul, nə vizasız rejim... Qərbdən ölkəyə neoliberal reseptlərin sıx axını yağdı.

Dövlət mülkiyyətində olan sonuncu rentabelli müəssisələr özəlləşdirildi, indi isə əkin sahələrini satışa çıxarmağa hazırlaşırlar. İqtisadiyyat tar-mardır, müharibə canlar alır, hətta təqaüdçülərdən də vergi tutulur...

Bunlarla paralel isə prezident Poroşenko gündən-günə varlanır. Yalnız son ildə Ukraynada onun “Roşen”inin 20 yeni müəssisəsi açılıb, onun və atasının adı ilə bağlı olan Beynəlxalq Sərmayə Bankının nizamnamə kapitalı artmaqda davam edir.

“Rəngli inqilablar”ın varlandırdığı oliqarxlar...


“Maydan” vaxtı verilən vədlər isə sanki olmayıb. Həmin həftələrdə Maydan liderləri oliqarxları hakimiyyətdən uzaqlaşdıracaqlarına söz verirdilər - dəyişən yalnız soyadlar oldu: köhnə oliqarxları başqa oliqarxlar əvəzlədi.

Həmin vaxtlar Poroşenko prezident olan kimi öz mülkiyyətindən və aktivlərindən imtina edəcəyini seçkiqabağı vədlər cərgəsinə daxil etmişdi - sözünü qətiyyən tutmadı. Əvəzində isə prezidentliyin verdiyi təsir rıçaqlarından yararlanaraq Kiyevin xüsusi olaraq qorunan tarixi hissəsində özü üçün ucaltdığı iqamətgahla bağlı cinayət işini qapatdı, biznes imperiyasını isə qat-qat genişləndirdi.

“Rəngli inqilablar”ın varlandırdığı oliqarxlar...


Deyəcəksiniz ki, bizə nə dəxli... Dəxli birbaşadır - “rəng inqilabları”nın sonradan xalqları məğlubiyyətə, ümidsizliyə və itkilərə düçar edən əsl mexanizm və məramlarını anlamaq, yanılmamaq, birdəfəlik qəbul etmək ki, baş verənlərin İnqilaba heç bir dəxli yox idi. İnqilab - mövcud formasiyanın yeni və daha mütərəqqi formasiya ilə əvəzlənməsidir.

Bir neçə il əvvəl əksəriyyətin əhəmiyyətini səsləri xırıldayana qədər müdafiə etdiyi, indi isə unutmağa çalışdığı “ərəb baharı” da, “Maydan” da əksinqilabın kamuflyaj olunmuş formaları idi.

“Rəngli inqilablar”ın varlandırdığı oliqarxlar...


Daha o apologetlər dövlətçiliyi məhv edilmiş, tikələnmiş, bandit və terror yuvasına çevrilmiş, xalqları ağlagəlməz hesab ödəməli olan Suriya və Liviya hadisələrini “İnqilab” adlandırmır - gec də olsa, “daşları toplamaq zamanı” gəldi.

Ukrayna ilə də eyni proseslər gedir - xaos, tənəzzül, oliqarxların varlanması fonunda xalqın ödədiyi ağlagəlməz itkilər, müharibə, ümidsizlik. Və bir azdan özlərinin də açıq şəkildə təsdiqləyəcəyi peşmançılıq. Hələlik isə cəmisi bir il keçib, peşmançılığı dilə gətirmək üçün tezdir.

“Rəngli inqilablar”ın varlandırdığı oliqarxlar...


Ötən ilin qışında Ukraynada kütləyə əslində bu seçimlər təklif olundu: ya diktatura, ya da yeni diktatura; ya oliqarxiya, ya da yeni oliqarxiya; ya indiki əsarət, istibdad və neoliberalizm, ya da Avropa orbitində neoliberalizm... Ya mövcud olan periferiya kapitalizmi, ya da Yanukoviçin olmadığı eyni Sistem.

Bunları anlamaq bu qədərmi çətindir? Bir oliqarxik qrupu yenisi ilə əvəzləmək üçün Qiyamı bu qədərmi urvatsız etmək gərəkmiş?

Arada isə ölkənin taleyi həll olundu. “İnqilab oyunu” oynadılar, əksinqilab oynayanları uddu. Hamısı da ona görə ki, ölkəni Qərbin xammal əlavəsinə çevirsinlər və Poroşenko kimilərini varlandırsınlar.

“Rəngli inqilablar”ın varlandırdığı oliqarxlar...


Bu proseslər dünyanın dörd bir yanında İnqilaba olan inamı öldürdü - ən faciəvi nəticə də elə budur. Məntiqi sual doğurmağa başladı: əgər etirazın sonu indiki Suriya, Liviya və Ukrayna kimi olacaqsa, dözmək daha uğurlu variant deyilmi?

Əlbəttə, yox. Çünki yuxarıda sadalanan məkanlarda baş verənlər İnqilab deyildi. Ancaq təbliğat maşını əks-inqilabı İnqilab kimi beyinlərə sırımaqla rejissorların və ssenaristlərin növbəti manipulyasiyasının uğur qazanmasına səbəb ola bildi. Artıq hər şeyi öz adı ilə adlandırmaq vaxtıdır.

Nə qədər ki arxasında Qərbin dayandığı o dağıdıcı çevrilişlər İnqilab sayılmaqda davam edəcək, xalqlar da istənilən dəyişikliyə qorxu qarışıq biganəliklə yanaşacaq.

“Rəngli inqilablar”ın varlandırdığı oliqarxlar...


Eynilə etologiyadan məlum bir eksperimentdəki kimi: siçanı akvariuma yerləşdirib qabın üzərini şəffaf qapaqla örtürlər. İlk gün siçan xilas olmağa, qapağı qaldırmağa çalışır, atılıb-düşür. İkinci gün müqaviməti xeyli zəifləyir və nisbətən sakitləşir. Üçüncü gün artıq vəziyyətlə barşır. Bir neçə gün keçir, şəffaf qapağı götürürlər, ancaq siçan akvariumdan çıxmağa cəhd etmir. Qaldığı yerdə də qalır.

Bunu “öyrədilmiş gücsüzlük” adlandırırlar. Eksperimenti bütün xalqlar üzərində aparanda da oxşar nəticələr alınır. Psevdoinqilablar xalqları ümidsizliyə və gücsüzlüyə alışdırmaq alətinə çevrilir...

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *