Çinin korrupsiyaya qarşı mübarizəsi
Çinin Xubey əyalətinin yüksək vəzifəli məmurları rüşvətxorluğa görə həbs olunmuş həmkarlarının olduğu türmələrə baş çəkiblər. Bu barədə China Daily yazıb.
Oxu.Az “İnterfaks”a istinadla xəbər verir ki, bu aksiya Çin Xalq Respublikasının Nizam-intizamın yoxlanılması üzrə Mərkəzi Komissiyası tərəfindən həyata keçirilib. Məqsəd məmurların yerlərdə “korrupsiyanın nəyə gətirdiyini görməsi” üçündür.
Ekskursiyaya təxminən 70 məmur və onların ailə üzvləri cəlb olunub. Onlar məhbuslarla kameralarda bütün gün keçiriblər.
Qəzet qeyd edir ki, yerli rəhbərlərdən biri deyib ki, türməyə baş çəkmə məmurlarda “dərin təəssürat” yaradıb.
Mənbə:> Oxu.Az