Xudat MDB ölkələrinin populyar kurortları sırasında
Travel.ru portalı rusiyalıların 2015-ci ilin yayında MDB-nin ən çox hansı şəhərinə yola düşəcəyini aydınlaşdırıb.
Oxu.Az xəbər verir ki, reytinq 2015-ci ilin iyun ayının 1-dən avqust ayının 25-nə qədər, turizm firmalarının yardımından istifadə etmədən sərbəst olaraq səyahət edən turistlərin bron elədikləri otel məlumatlarına əsasən tərtib edilib.
Yay səfərləri üçün ən populyar MDB ölkələri arasında ilk onluğa Minsk, İrəvan, Bakı, Kişinyev, Almatı, Kiyev, Astana, Vitebsk, Bişkek və Odessa yer alır.
Travel.ru-nun məlumatına əsasən Rusiya turistləri Minskə orta hesabla dörd günlük gedəcəklər və orada mehmanxanalara sutkada təxminən 80 dollar xərcləyəcəklər, İrəvanda 55 dollar, Bakıda isə 60 dollar xərcləyəcəklər.
Travel.ru-nun məlumatına əsasən MDB ölkələrinin ən populyar kurortlarının reytinqinə İssık-Kul (Qırğızıstan), Borovoye kurortu (Qazaxıstan), Xudat (Xəzər dənizi, Azərbaycan), Sevan gölü (Ermənistan) və Naroç gölü (Belarus) liderlik edir.
Mənbə:> Oxu.Az