Rusiya yarışçısı: Azərbaycanda avto-idman tamamilə populyar deyil
Rusiya idmançısı Qran Turizmo avtoyarışlarında ilk iştirakçılardan olan, GT Russian Team komandasının rəhbəri Aleksey Vasilyev Blancpain Sprint yarış seriyasının Moskva və Bakı mərhələlərini müqayisə edib.
“Azərbaycanda avto-idman tamamən populyar deyil – tamaşaçıları tribunaya xüsusi olaraq gətirirdilər ki, süni davamiyyət görünüşü yaratsınlar”, - Oxu.Az Vasilyevin “Motorsport Russia” nəşrinə dediyi sözlərdən sitat gətirir.
“Moskvada böyük tamaşaçı kütləsinin yığılacağına şübhə etmirəm. Bundan başqa, Bakıda keçirilən mərhələnin əsas problemi trass-ın çox çirkli olması idi. Moskvada əsasən də “Vorobyovie qorı”da təmizdir, ona görə də, burada asfalt ilə təmas daha yaxşı olacaq”.
Bu ilin payızında Bakı dördüncü dəfə Blancpain Sprint yarışını qəbul edəcək.
Mənbə:> Oxu.Az