“Azərbaycanda monopoliyanın qarşısı alınacaq” » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

“Azərbaycanda monopoliyanın qarşısı alınacaq”

“Azərbaycanda monopoliyanın qarşısı alınacaq”


“Rəqabət Məcəlləsinin qəbuluna ciddi ehtiyac duyulur və nəhayət, bu sənəd parlamentin müzakirələrinə çıxarılıb qəbul olunmalıdır”. “Qafqazinfo” nun məlumatına görə, bu sözləri deputat Vahid Əhmədov İqtisadi Siyasət Komitəsinin bu gün keçirilən iclasında səsləndirib.

Onun sözlərinə görə, Azərbaycanda haqsız rəqabətin, monopoliyanın qarşısının alınması, bazar münasibərlərinin normal qaydada tənzimlənməsi üçün Rəqabət Məcəlləsinin qəbulu olduca zəruri və vacibdir:

"Bu məcəllə artıq 10 ilə yaxındır ki, qəbul olunub başa çatdırılmır. Hər sessiya başlayanda bu haqda danışırıq, narahatlığımızı bildiririk, ancaq sonda dəyişən heç nə yoxdur. Məcəllənin qəbulu hər dəfə təxirə salınır. Belə olmaz. Hesab edirəm ki, nəhayət, Rəqabət Məcəlləsi payız sessiyasının müzakirələrinə çıxarılmalı və qəbul olunmalıdır".

V.Əhmədovun fikirləri həmkarı Əli Məsimli tərəfindən dəstəklənib: "Doğrudan da, belə bir məcəllənin qəbuluna böyük ehtiyac var. Bu məcəllənin qəbulu ölkədə haqsız rəqabətin, monopoliyanın aradan qaldırılmasına öz töhfəsini vetrəcək. Demirəm ki, bu məcəllənin qəbulu ilə hər şey düzələcək, amma hər halda onun çox böyük və müsbət təsiri olacaq". Komitə sədri Ziyad Səməzadə də Rəqabət Məcəlləsinin qəbuluna tərəfdar olduğunu deyib və əlavə edib ki, bu sənədin təşəbbüsçüsü olan İqtisadiyyat və Sənaye Nazirliyi, hökumətlə müzakirələr, məsləhətləşmlər aparır”.

Günel Türksoy

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *