Sirli azərbaycanlı milyonçu Amerika korporasiyasının 8,5 faizini aldı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Sirli azərbaycanlı milyonçu Amerika korporasiyasının 8,5 faizini aldı

Sirli azərbaycanlı milyonçu Amerika korporasiyasının 8,5 faizini aldı


Virtualaz.org saytı xəbər verir ki, bu barədə informasiya ABŞ-ın qiymətli kağızlar üzrə Komissiyasının (The United States Securities and Exchange Commission, SEC) saytında yerləşdirilib.

“Net Element” mobil ödəmələr və tranzaksiya xidmətləri həyata keçirən, yüksək texnologiyalara əsaslanan beynəlxalq şirkətlər qrupudur. Korporasiya beynəlxalq mobil ödəmələr və tranzaksiya prossinqi provayderi “TOT Group İnc”in sahibidir. “TOT Group”un tərkibinə isə 2012-ci ildə Amerikanın ən sürətli inkişaf edən şirkəti adını qazanmış “Unified Payments” daxildir.

“Net Element” həmçinin Rusiyanın online ödəmə sistemləri “Tot Money”in və “PayOnline”nin sahibidir. Rüfət Baratzadə korporasiyanın səhmlərinin 8.5 faizi üçün 8 milyon dollar ödəyib. Maraqlıdır ki, bu məbləğ qiymətli kağızların bazar dəyərindən 60 faiz çoxdur.

SEC-in saytında yerləşdirilmiş məlumata əsasən Rüfət Baratzadə “Net Element”in səhmlərinin 8,5 faizini ona məxsus olan, Seyşel adalarında qeydiyyatdan keçmiş “Mayor Trans” adlı offşor şirkətinin adına alıb.

R.Baratzadə “Net Element” korporasiyasının səhmlərinin 3,2 faizini Kayman adalarında qeydiyyatdan keçən “Cayman İnvest” şirkətindən 3 milyon dollara alıb. Bu şirkət Qırğızıstan vətəndaşı Anaşxan Qabbazovaya məxsusdur.

Əvvəllər Qabbazaovanın rusiyalı Ənvər Məmmədovdan “Net Element”in səhmlərinin 11,7 faizini açıqlanmayan məbləğə aldığı bildirilir. Məmmədov isə korporasiyanın səhm paketini bir il əvvəl 11,2 milyon dollara alıb.

Rüfət Baratzadənin “Net Element”in səhmlərinin qalan 5,3 faizini Qazaxıstanın Coğrafiya Cəmiyyətinin prezidenti Nurlan Abudova məxsus “K1 Holdings” offşor şirkətindən 5 milyon dollara aldığı göstərilir.

Maraqlıdır ki, hər iki sövdələşmədə Baratzadə “Net Element”in səhmlərinin birinə 2 dollar ödəyib. Hansı ki, sövdələşmənin bağlandığı vaxtda Nyu-York birjasında “Net Element”in səhmləri 1,2 dollardan satılırdı. Beləliklə, azərbaycanlı investor nədənsə korporasiyanın səhmlərinə bazar dəyərindən 60 faiz çox ödəyib.

Rüfət Baratzadənin nə işlə məşğul olduğuna dair açıq mənbələrdə heç bir məlumata rast gəlmək mümkün olmayıb. “Net Element” korporasiyasında da yeni investorun barəsində məlumat verməkdən imtina ediblər.

“Net Element” şirkətinin Azərbaycanın online ödəmələr bazarında fəaliyyətinə dair məlumat yoxdur.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *