"Kasperski" Azərbaycanla bağlı qərarını verdi
"Kasperski Laboratoriyası" Azərbaycanda yeni təmsilçisini təyin edib.
ANS PRESS-in məlumatına görə, bu barədə şirkətin yaydığı açıqlamada bildirilir. Qeyd edilir ki, "Kaspersky Lab"ın Azərbaycandakı təmsilçisi vəzifəsini bundan sonra Müşfiq Məmmədov tutacaq. Onun işi, əsasən, şirkətin bölgədəki biznesinin inkişafı üzrə strategiyanın hazırlanması və reallaşdırılması, habelə korporativ və istifadəçi xarakterli müdafiə məsələlərinin yürüdülməsi olacaq. Nümayəndə sifarişçi və tərəfdarlarla qarşılıqlı əməkdaşlıq edəcək.
Qeyd olunub ki, nümayəndəliyin fəaliyyətində əsas diqqət korporativ müştərilər və dövlət qurumları ilə işlərə, son zamanlar aktuallaşan kibertəhlükəsizik məsələlərinə yönəldiləcək.
Xatırladaq ki, Müsfiq Məmmədov bundan əvvəl "Azercell Telecom" şirkətinin diler şəbəkələrində satış və servis dəstəyi üzrə rəhbər vəzifədə çalışıb.
Mənbə:> ANSPRESS