Neftin qiymətində yüksəliş
Neftin dünya bazarlarında qiyməti bahalaşmağa başlayıb.ANS PRESS-in məlumatına görə, Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində yenidən bahalaşma qeydə alınıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.18 dollar (0.32%) artaraq 56.53 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0.18 dollar (0.28%) bahalaşaraq 63.84 dollar olub.
Qeyd edək ki, "Bloomberg" dünya bazarında neftin ucuzlaşmasından sonra ABŞ, Avropa və Asiya ölkələrinin neftin satışından 900 milyard dollar gəlir əldə etdiyini, Rusiya və Yaxın Şərq ölkələrinin isə 218 milyard və 357 milyard dollar itki ilə üzləşdiyini açıqlayıb.
Mənbə:> ANSPRESS