Çin şirkəti “Range Rover”ə məğlub oldu
“Jaguar Land Rover” şirkəti Çinin məhkəmədə yerli avtomobil istehsalı zavodu üzərində qələbə qazanması ilə bağlı məlumat yayıb.
Bununla bağlı “Bloomberg” agentliyi “Jaguar Land Rover” şirkətinə istinadən məlumat yayıb.
“Jaguar Land Rover” və “Jiangling Motors Corp.” arasında mübahisə 2014-cü ildən başlanıb. O zaman Britaniya şirkəti Çin şirkətini onun dizaynından istifadədə ittiham edib.
Martın 22-də Pekin məhkəməsi “Jiangling Motors Corp.” şirkətinin “Landwind X7” markalı avtomobilin istehsalını dayandırması və bu modellərin satışdan çıxarılması ilə bağlı qərar qəbul edib.
Qərara əsasən, Britaniya şirkəti kompensasiya alacaq, ancaq onun məbləği açıqlanmır.
Mənbə:> Oxu.Az