“Jaguar” və “Land Rover” Çin bazarında 69 min avtomobili geri çağırır » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Avto

“Jaguar” və “Land Rover” Çin bazarında 69 min avtomobili geri çağırır

“Jaguar” və “Land Rover” Çin bazarında 69 min avtomobili geri çağırır


Böyük Britaniyanın tanınmış konserni “Jaguar Land Rover” Çin bazarında 68 min 828 avtomobili mühərrikdəki qüsurlara görə geri çağırır.

Oxu.Az xəbər verir ki, bu barədə Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyası məlumat yayıb.

Aprelin 5-dən başlanacaq geriçağırma prosesi 2009-2016-cı illərdə istehsal olunmuş “Discovery 4” və “Range Rover Sport” modellərindən olan avtomobilləri əhatə edəcək. Administrasiyanın mütəxəssisləri hesab edirlər ki, həmin avtomobillərin mühərrikindəki diyircəkli val vaxtından əvvəl aşına və anidən sına bilər. Bu da öz növbəsində mühərrikin işini pozaraq təhlükəli vəziyyətin yaranmasına səbəb ola bilər.

İstehsalçı şirkət avtomobillərdəki həmin detalları yoxlayaraq ehtiyac olarsa öz hesabına dəyişəcək.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *