Göyçayda hər gün 65 ton məhsul satışa çıxarılan yarmarka açıldı
Göyçay şəhərinin Mehdi Hüseynzadə küçəsindəki “Təzə Bazar” adlanan ərazidə Novruz yarmarkası açılıb.
Oxu.Az xəbər verir ki, bayram yarmarkasında satışa çıxarılan məhsullar həm keyfiyyəti, həm də ucuzluğu ilə fərqlənir.
Novruz yarmarkasına fermer təsərrüfatları və sahibkarlar tərəfindən hər gün 65 tondan çox müxtəlif növ məhsullar, o cümlədən ət, süd, yağ, yumurta, meyvə-tərəvəz çıxarılır.
Satışa çıxarılan məhsullar alıcılara bazar qiymətindən 15-20 faiz aşağı qiymətə təklif olunur. Bu təklif yerli sakinlərin də razılığına səbəb olur.
Mənbə:> Oxu.Az