Rekord qiymətə satışa çıxarılan avtomobil
Britaniyada iki qapılı “Ferrari 250” modeli satışa çıxarıb.
Az News.info Publika.az-a istinadən xəbər verir ki, avtomobil 1962-ci il modelidir.
Onun dəyəri isə 45 milyon funt sterlinq (96 milyon AZN) təşkil edir.
Öz dövrünə görə avtomobilin çox yaxşı xüsusiyyətləri var. Onun V12 mühərriki 300 at gücünə malikdir. 100 km/s sürəti isə 6 saniyədə yığa bilir.
Bundan əvvəlki, rekord qiymət isə yenə də “Ferrari 250 GTO”ya aiddir. 2013-cü ildə ispan kolleksiyaçı tərəfindən anonim müştəriyə 52 milyon qiymətə satılıbmış.
Mənbə:> Publika.az