3 milyon 765 min manat dəyərində obyektlər satışa çıxarıldı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

3 milyon 765 min manat dəyərində obyektlər satışa çıxarıldı – SİYAHI

3 milyon 765 min manat dəyərində obyektlər satışa çıxarıldı


Noyabrın 8-nə təyin olunmuş növbəti hərraca Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) 37 yeni müəssisə və obyekt çıxarıb.

Aznews.info qaynarinfo saytına istinadən xəbər verir ki, investorlar imkanlarına görə obyekt seçə bilərlər.

Obyektlərun ilkin qiymət 2 min 500 manatdan başlayır və 800 min manatda bitir.

Satışa çıxarılan 26 yeni kiçik müəssisənin 18-i ticarət obyektidir. Onların 14-ü Bakıda, qalan 12-si başqa şəhər və rayonlardadır.

Aralarında Səbail rayonundakı yanacaqdoldurma məntəqəsi, Mərdəkandakı eyniadlı restoran da var.

Nəsimi rayonundakı 7 saylı atelyenin satışı da 600 min manatdan başlanacaq. Restoranın 1 kvadratmetrinə 344, dərzixanaya isə 1670 manat qiymət kəsilib.

Özələşdirməyə ilk dəfə çıxarılan bu obyektlərin satışından ƏMDK, ən azı, 2 milyon 374 min manat əldə etməyi nəzərdə tutur.

ƏMDK ilk dəfədir ki, özəlləşdirilən obyektlərin faydalı sahəsi ilə bərabər, yerləşdiyi torpaq sahəsini də investorlara açıqlayır. Qanunvericiliyə görə, öncə obyekt, sonra onun texniki pasportunda göstərilən torpaq sahəsi satılır.

Bu hərraclarda ən yüksək qiymət (800 min manat) isə “İçəri Şəhər” metro stansiyasıilə üzbəüz İstiqlaliyyət küçəsi, ev 31 ünvanında yerləşən 341 kvadratmetrlik qeyri-yaşayış sahəsinə qoyulub. Qiymətlənditici obyektin hər kvadratmetri 2 min 343 manat 90 qəpikdən hesablanıb.

Tutduğu sahə baxımından ən baha obyektsə Yasamal Rayon Məhkəməsi yaxınlığındakı 57 kvadratmetrlik keçmiş komission mağazasıdır. Hər kvadratmetri 3 min 466 manatdan hesablanan bu mağazanın ilkin qiyməti 200 min manatdır. Həmin binadakı 24 kvadratmetrlik əmlak 80 min manat məbləğində (hər kvadratmetri 3 min 333 manat) qiymətləndirilib.

Hərraca 11 qeyri-yaşayış sahəsi də çıxarılıb. Onların 10-u Bakıdadır. Obyektlərin toplam ilkin satış qiyməti 1 milyon 390 min 500 manatdır.

Bundan başqa, ƏMDK əvvəlki hərraclara çıxarılan, ancaq müştəri tapmayan 14 müəssisə və obyekti də investorlara təklif edir. 13-ü Bakıda yerləşən bu mağaza və yeməkxanaları cəmi 244 min manat ödəyib almaq olar.

Xatırlatmağa dəyər ki, sentyabr ayından bəri dövlət əmlakının özəlləşdirilməsində yeni dönəm başlanıb. Daha əvvəliki kimi, qeyri-rəsmi yolla müştəri gözaltı edərək, formal hərrac keçirilmir. ƏMDK-da deyirlər ki, istənilən şəxs hərraclara qatılıb, ürəyindən keçən obyekti «şirinliksiz» ala bilər. Elə obyektlərin qiymətləri də bazar qiymətlərinə yaxındir. Əvvəlki illərdə müəssisə və obyektlərə bazar qiymətindən qat-qat aşağı qiymət qoyulardı.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *