Tramp güclü dollara qarşı çıxdı
ABŞ prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin siyasətini tənqid edib.
“Reuters”in məlumatına görə, o, güclü dolların dünya ölkələrini ABŞ-la ticarətdən çəkindirdiyini bildirib.
Tramp qeyd edib ki, Federal Ehtiyat Sisteminin sərt monetar siyasəti dolların güclənməsinə təsir göstərsə də, ABŞ-ın rəqabətə davamlılığına zərbə vurub.
“Güclü dolların tərəfdarıyam. Lakin bu dolların ölkəmizin xeyrinə olmasını istəyirəm”, - deyə o vurğulayıb.
Mənbə:> Oxu.Az