İran xarici məhsulların reklamını qadağan etdi » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Dünya

İran xarici məhsulların reklamını qadağan etdi

İran xarici məhsulların reklamını qadağan etdi


İran parlamenti xarici məhsulların reklamınının qadağan edilməsi barədə qərar qəbul edib.

Qaynarinfo.az xəbər verir ki, qəbul edilən 19 saylı qanuna görə, ölkədə istehsal edilən məhsullara bənzər xarici firma mallarının televiziya, radio, qəzet, bilbord və s. yerlərdə reklamına icazə verilməyəcək. Qadağa, istehsalı İranda həyata keçirilən xarici məhsullara tətbiq edilməyəcək.

Qeyd edək ki, ABŞ ötən ilin 7 avqust və 5 noyabr tarixlərində İranın ABŞ dollarını əldə etməsi, neft, alüminium, polad, kömür, qızıl və digər dəyərli metalların, sərnişin təyyarəsi hissələrinin satışına ciddi sanksiyalar tətbiq edib. Reklam qadağasının səbəbi ölkənin idxaldan asılılığını azaltmaq, yerli məhsulların satışını təmin etmək, ölkə iqtisadiyyatına dəyən xeyirin miqdarını artırmaqdır.

Mənbə: Qaynarinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *