2019-cu il dövlət büdcəsi birinci oxunuşda qəbul edildi
Xəbər verdiyimiz kimi, "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb.
Virtualaz.org bildirir ki, noyabrın 13 və 14-də keçirilən iclaslarda millət vəkilləri büdcə ilə bağlı fikir və təkliflərini səsləndiriblər.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Xatırladaq ki, Azərbaycanın 2019-cu il dövlət büdcəsinin gəlirləri 22 917,5 milyon manat, xərcləri 24 780,1 milyon manat proqnozlaşdırılır.
Dövlət büdcəsində neftin bir barelinin qiyməti 60 dollar götürülüb.
Mənbə:> Virtualaz.org