Neftin qiyməti 1,5 ayın ən aşağı səviyyəsinə düşdü » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Neftin qiyməti 1,5 ayın ən aşağı səviyyəsinə düşdü

Neftin qiyməti 1,5 ayın ən aşağı səviyyəsinə düşdü

Neftin qiyməti son 1,5 ayın ən aşağı səviyyəsinə düşüb.

Virtualaz.org-un məlumatına görə, günün əvvəlində “Brent” markalı xam neftin bir barelinin qiyməti 76 dollara, “Light” neftinin bir bareli isə 66 dollara geriləyib.

Bununla da xam neftin qiymətləri sentyabrın 7-dən bu vaxtadək ən aşağı səviyyəyə enib.

Ekspertlərin fikrincə, ABŞ-ın həftəlik neft ehtiyatlarına dair proqnozların çox olacağı, İranın xarici işlər naziri Cavad Zərifin ölkəsinin Birləşmiş Ştatlarla qarşılıqlı hörmət çərçivəsində müzakirəyə hazır olduğunu deməsi “qara qızıl”ın qiymətinin aşağı istiqamətli dəyişməsini sürətləndirib.

ABŞ-dakı ehtiyatlarla bağlı rəsmi rəqəmlər bu gün ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.

Qeyd edək ki, hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 75,47 dollara, “Light” nefti isə Nyu-Yorkun NYMEX birjasında 66,23 dollar/barelə alıcı axtarır.

Azərbaycan neftinin də qiyməti ucuzlaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,08 dollar ucuzlaşaraq 78,46 dollar təşkil edib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *